YAP Nizami rayon təşkilatında məktəblilər arasında “breyn-rinq” intellektual yarışı keçirilib
23.04.2014 [09:16]
Sədaqət Vəliyeva: Bu cür intellektual yarışların keçirilməsində məqsəd dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon məktəbliləri arasında “breyn-rinq” intellektual yarış keçirilib. Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Azərbaycanda müasir, müstəqil və demokratik dövlətin qurulmasında, onun inkişafında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, qazanılmış uğurlardan danışıb. Sədaqət Vəliyeva bildirib ki, müstəqil Azərbaycanın uğurları Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki Onun siyasi kursu ölkəmizdə əmin-amanlığı, dinamik inkişafı təmin edib.
Deputat vurğulayıb ki, müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin şah əsəridir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən bu böyük şəxsiyyətin keçdiyi şərəfli ömür yolu, xalqının yolunda göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də, gələcək nəsillər üçün əsl örnəkdir. Sədaqət Vəliyeva qeyd edib ki, bu gün Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən YAP-ın Sədri, Prezident İlham Əliyevin əsas məqsədi ölkədə intellektual və kreativ gənclər ordusunu formalaşdırmaqdır.
Millət vəkilinin sözlərinə görə, bu cür intellektual yarışların keçirilməsində də məqsəd dövlətin gənclər siyasətinə dəstək vermək və gənc intellektləri üzə çıxarmaqdır.
Sonra YAP Nizami rayon təşkilatının Heydər Əliyev Muzeyində yarışa start verilib. Yarışda rayonun 12, 61, 229, 238, 328 saylı orta məktəblərin, 70 saylı, “Zəngi” və 4 nömrəli Bakı Peşə Litseylərinin, Bakı Qida Sənayesi və Bakı Texniki kolleclərin komandaları iştirak edib. Üç turdan ibarət yarışda iştirakçılara Ümummilli lider Heydər Əliyevin həyat və faəliyyətinə dair 30 sual verilib. Lakin komandalar arasında rəqabət güclü olduğundan əlavə suallar da səsləndirilib. Yalnız bundan sonra birinci, ikinci və üçüncü yerin qalibləri müəyyənləşdirilib.
Beləliklə, yarışın qalibi 328 saylı orta məktəbin şagirdləri olub, ikinci və üçüncü yerləri isə müvafiq olaraq, 70 saylı və “Zəngi” litseylərinin komandaları bölüşdürüblər.
Sonda qalib komandaların üzvləri diplom və xatirə hədiyyələrilə təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

