/ / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Xəzər rayonunun Gənclər Evində gənc rəssamların sərgisi təşkil olunub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Xəzər rayonunun Gənclər Evində gənc rəssamların sərgisi təşkil olunub
25.04.2014 [09:33]
Aprelin 24-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Xəzər rayonunun Gənclər Evində gənc rəssamların sərgisi təşkil olunub.
AzərTAc xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının, Xəzər rayon İcra Hakimiyyətinin və Xəzər İnkişaf Fondunun birgə təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Rəssamlar İttifaqının üzvləri, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri, gənc fəallar iştirak ediblər.
Tədbirdə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, ölkədə dinamik sosial-iqtisadi inkişafın təmin edilməsinin, demokratik-hüquqi, vətəndaş cəmiyyətinin yaradılmasının Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.
Qeyd olunub ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin zəngin siyasi irsi qiymətli xəzinədir. Ona görə də, bu zəngin irs daim öyrənilməlidir.
N.Əhmədov vurğulayıb ki, YAP Xəzər rayon təşkilatı Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirəcək.
Bildirilib ki, Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə Quba rayonunda gənclər üçün elmi seminarın, internat və uşaq evlərindəki valideyn himayəsindən məhrum olan şagirdlər üçün müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Daha sonra Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək Ulu öndər Heydər Əliyevin gənclərin hər zaman himayədarı olduğunu, onların problemlərini daim diqqət mərkəzində saxladığını, gənc nəslin sağlam ruhda tərbiyə olunması, onların zamanın tələbinə uyğun hərtərəfli inkişaf etməsi üçün bir sıra mühüm işləri həyata keçirdiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, əsası Ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Respublikamızda gənclərin yüksək səviyyədə yetişməsi, onların müasir tələblərə uyğun təhsil almaları, həmçinin ölkəmizi beynəlxalq aləmdə layiqli təmsil edə bilmələri üçün münbit şərait yaradılıb. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan gənclərinin nümayəndələri dövlət idarəçiliyi sistemində təmsil olunurlar.
Natiqlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra gənc rəssamların sərgisi ilə tanışlıq olub. Sərgi iştirakçılarına Xəzər İnkişaf Fondu tərəfindən hədiyyələr təqdim olunub.
Sərgi mayın 10-dək davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

