/ / Nizami rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə karate və şahmat yarışları təşkil edilib
Nizami rayonunda Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə karate və şahmat yarışları təşkil edilib
26.04.2014 [11:57]
Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Nizami rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə “Start” İdman Kompleksində karate üzrə turnir keçirilib.
YAP Nizami rayon təşkilatından AzərTAc-a bildiriblər ki, tədbirdə çıxış edən YAP rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib.
Vurğulanıb ki, dövlətimizin başçısının idman sahəsində həyata keçirdiyi uğurlu siyasətin nəticəsində Azərbaycan idmançıları qələbələri bir-birinin ardınca sıralayaraq ölkəmizin nüfuzunu daha da artırırlar.
YAP Nizami rayon təşkilatının “Start” ərazi ilk partiya təşkilatının sədri Kamal Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq federasiyaların nüfuzlu yarışların keçirilməsi ilə seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib.
Turnirdə aralarında dünya və Avropa çempionları olan 100-ə yaxın idmançı öz gücünü sınayıb.
Gərgin mübarizə şəraitində keçən turnirin sonunda qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.
Bununla yanaşı, Nizami rayon İcra Hakimiyyətinin, YAP Nizami rayon təşkilatının və Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə rayonun müxtəlif yaş kateqoriyalarından olan məktəbliləri arasında şahmat yarışı da keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, belə yarışların məqsədi şahmatın inkişafı və kütləviliyinin artırılması, yüksək potensiallı şahmatçıların aşkar edilərək həvəsləndirilməsi, yeniyetmələrin asudə vaxtlarının səmərəli və mənalı keçirilməsinə nail olmaqdır.
Olimpiya sistemi ilə keçirilən turnirdə 30 şahmatçı iştirak edib.
Gərgin və maraqlı keçən yarışda I, II və III yerlərin qalibləri müəyyənləşdirilib.
Sonda qaliblərə diplom və xatirə hədiyyələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

