“Azərbaycanın xilaskarı - Heydər Əliyev” mövzusunda konfrans keçirilib
07.05.2014 [09:52]
Mayın 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş “Azərbaycanın xilaskarı - Heydər Əliyev” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, ərazi ilk təşkilatları sədrlərinin, partiya fəallarının iştirakı ilə keçirilən konfransda YAP Səbail rayon təşkilatının sədri, professor Zahid Qaralov Ulu öndərin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışıb.
Bildirib ki, mayın 10-da müasir müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü tamam olur. Bu əlamətdar gün münasibətilə respublikamızda və dünyanın bir çox ölkələrində müxtəlif tədbirlər keçirilir.
Qeyd edilib ki, YAP Səbail rayon təşkilatında da Ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə xüsusi proqram hazırlanıb, ərazi ilk partiya təşkilatlarında silsilə tədbirlər keçirilib.
Zahid Qaralov Ulu öndərin XX əsrin ən parlaq və nadir şəxsiyyətlərindən biri olduğunu deyib, dahi şəxsiyyətin iti və parlaq zəkası, yüksək intellekti, zəngin erudisiyası, siyasi uzaqgörənliyi və müstəsna təşkilatçılıq qabiliyyəti sayəsində xalqımızın böyük hörmətini və nüfuz qazandığını vurğulayıb.
Professor bildirib ki, XX əsrin 60-cı illərinin sonundan başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnib. Ulu öndər Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb.
Tədbirdə digər çıxış edənlər də dövlətimizin formalaşması, inkişafı və dünyada tanınması istiqamətində Ümummilli liderin əvəzsiz xidmətlərindən danışıblar.
Vurğulanıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilərək zənginləşdirilməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olub.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58

