YAP Hacıqabul rayon təşkilatında şura iclası keçirilib
17.09.2014 [09:21]
İclasda bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələr müzakirə edilib
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatında şura iclası keçirilib. Rayondakı Heydər Əliyev Mərkəzində keçirilən iclasda bu ilin dekabr ayında keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıqla bağlı məsələlər müzakirə olunub. İclasda çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafiz Bəşirov bildirib ki, ötən bələdiyyə seçkilərindən bu günə qədər rayon təşkilatı mühüm irəliləyişlərə nail olub.
Qeyd edilib ki, YAP Hacıqabul rayon təşkilatının üzvlərinin sayı 4456 nəfərə çatıb. Onlardan 1853 nəfəri qadınlar, 1213 nəfəri isə gənclərdir. H.Bəşirov YAP Hacıqabul rayon təşkilatının üzvlərinin bələdiyyə seçkilərində də fəal olmalarının zəruriliyini vurğulayıb: “Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyev ideyalarının carçısıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsi nəticəsində Azərbaycan bütün istiqamətlərdə uğurlar əldə edib”.
Sonra YAP Hacıqabul rayon təşkilatının Aparat rəhbəri İsmayıl İbrahimov bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası seçki qərargahının Hacıqabul rayon şöbəsinin yaradılması və qərargahın tərkibinin seçilməsi ilə bağlı məsələ haqqında məlumat verib. Seçki qərargahının 17 nəfərdən ibarət rayon şöbəsi müəyyənləşib.
İclasda çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı, YAP Hacıqabul rayon təşkilatının idarə heyətinin və şurasının üzvü Əhməd Muxtarov bildirib ki, Hacıqabul sakinləri Azərbaycanın inkişafını, onun qüdrətlənməsini, güclənməsini özündə əks etdirən Ümummilli lider Heydər Əliyev ideyalarına hər zaman sadiqlik nümayiş etdirib və bütün seçkilərdə bunu əməlləri ilə sübuta yetiriblər. Vurğulanıb ki, hər bir hacıqabullu seçici Yeni Azərbaycan Partiyasının apardığı siyasi xəttə inanır, bu siyasi xətti müdafiə edir: “YAP bu inamı, bu sevgini öz fəaliyyəti ilə qazanıb. Bu gün rayonlarımızın inkişafı göz önündədir. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları bölgələrin problemlərinin kompleks şəkildə həllinə imkan yaradıb. Məhz bu inkişaf, bu irəliləyiş insanların partiyamıza olan inamının, sevgisinin artmasında mühüm yer tutur. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən siyasətin ən effektiv nəticələrindən biri də Azərbaycanın mütəmadi səciyyə daşıyan dinamik iqtisadi inkişafıdır. Məhz bu inkişafın nəticəsində əhalinin təqaüdləri, maaşları ilbəil artır ki, bu da insanların firavan yaşamasına, sosial rifahının artmasına gətirib çıxarır. Ölkəmiz heç bir qurumdan, milli dövlətdən asılı olmayan iqtisadi siyasət yürüdür”.
Daha sonra YAP Hacıqabul rayon təşkilatına yeni Nissan markalı avtomobil hədiyyə edilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55

