YAP Gədəbəy rayon təşkilatı bələdiyyə seçkilərinə hazırlıq mərhələsini uğurla davam etdirir
01.11.2014 [12:57]
Rüstəm Nağıyev: Rayon təşkilatında 17 nəfərdən ibarət seçki qərargahı yaradılıb, seçkilərdə iştirak edəcək müşahidəçilər də müəyyənləşdirilib
Bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə hazırlıq prosesinə start verilib. Azərbaycanda keçirilən seçkilərin şəffaflığı, demokratikliyi hər zaman bəyan edilib və istər yerli, istərsə də beynəlxalq müşahidəçilər ölkəmizdə çox mükəmməl bir seçki qanunvericiliyi olduğunu bildiriblər. Bu gün ölkəmizdə siyasi əqidəsindən asılı olmayaraq bütün siyasi qüvvələr, o cümlədən, vətəndaşlar fərdi qaydada seçkidə iştirak edirlər. Qanunvericilik ölkəmizdə şəffaf, ədalətli seçki prosesinin keçirilməsini şərtləndirir. Bu isə ilin sonunda baş tutacaq bələdiyyə seçkilərinin də beynəlxalq standartlara uyğun, ədalətli və demokratik şəraitdə keçiriləcəyini söyləməyə əsas verir.
Artıq seçkilərdə iştirak edəcəyini bəyan edən siyasi qüvvələr hazırlıqlara start veriblər. Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları da bələdiyyə seçkilərinə hazırlıqla bağlı işləri uğurla davam etdirirlər. Bələdiyyə seçkiləri ilə bağlı keçirilən ümumrespublika müşavirəsində partiyanın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlar tam məsuliyyətlə yerinə yetirilməkdədir. Eyni zamanda, yerlərdə partiyanın rayon təşkilatları tərəfindən seçkilərlə bağlı intensiv işlər aparılır, seçki qərargahları yaradılır.
YAP-ın digər şəhər və rayon təşkilatları kimi partiyanın Gədəbəy rayon təşkilatı da seçkilərə ciddi şəkildə hazırlaşır. Rayon təşkilatında seçkilərə hazırlıqla bağlı Seçki Qərargahı, o cümlədən, təbliğat-təşviqat qrupu yaradılıb və onlar işlərini yüksək keyfiyyətlə həyata keçirməkdədir. YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bildirib ki, rayon təşkilatında bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar İcra Katibliyinin tövsiyə və tapşırıqlarının birinci mərhələsi başa çatdırılıb. R.Nağıyev deyib ki, hazırda YAP Gədəbəy rayon təşkilatının 79 ilk ərazi partiya təşkilatında 5693 üzv birləşib. Onlardan 2014 nəfəri gənclər, 1890 nəfəri isə qadınlardır. İki dairə üzrə YAP-ın irəli sürdüyü namizədlərin sayı isə 211 nəfərdir.
Ümumiyyətlə, Seçki Qərargahının işi ilə tanışlıq zamanı burada ciddi, operativ fəaliyyətin getdiyinin şahidi olduq. Vurğulamaq yerinə düşər ki, rayonda iki seçki dairəsi fəaliyyət göstərir. 103 saylı Gədəbəy Seçki Dairəsində 41211 nəfər, 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə isə 20629 seçici qeydiyyatdadır. YAP-ın 103 saylı Gədəbəy Seçki Dairəsi üzrə 184, 104 saylı Gədəbəy-Tovuz Seçki Dairəsi üzrə isə 27 namizədi bələdiyyələrə seçilmək uğrunda mübarizə aparacaq.
R.Nağıyev bildirib ki, artıq namizədlərin sənədləri hazırlanıb. Onların namizədliyi təsdiq edildikdən sonra isə imzatoplama kampaniyası başlayacaq. Bu məqsədlə 17 nəfərdən ibarət Seçki Qərargahı yaradılıb. Bundan başqa, artıq rayon təşkilatı seçki məntəqələrində seçkini müşahidə edəcək və komissiyaların işində fəaliyyət göstərəcək nümayəndələrini də müəyyənləşdirib. Belə ki, seçki günü YAP Gədəbəy rayon təşkilatı tərəfindən müəyyənləşdirilən 330 nəfər seçkiləri müşahidəçi edəcək. Bundan başqa, seçkidə 66 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü də iştirak edəcək.
R.Nağıyev onu da vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının Gədəbəy rayon təşkilatının Seçki Qərargahında bələdiyyə seçkiləri ilə əlaqədar çevik, operativ, ciddi işlər aparılır. Təbii ki, bu prosesin nəticəsinin uğurlu olacağını da indidən demək mümkündür.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

