/ / YAP Mingəçevir şəhər təşkilatında seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur
YAP Mingəçevir şəhər təşkilatında seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur
05.11.2014 [10:20]
Cavanşir Yusubov: Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq
Yeni Azərbaycan Partiyası (YAP) bütün seçkilərdə olduğu kimi dekabrın 23-də ölkəmizdə keçiriləcək növbəti bələdiyyə seçkilərinə də ciddi şəkildə hazırlaşır. Partiyanın tədbirlər planına uyğun olaraq bütün yerli strukturlar bu kampaniyaya səfərbər edilib. Bu məqsədlə yerli təşkilatlarda fəal seçki qərargahları yaradılıb.
YAP-ın Mingəçevir şəhər təşkilatının Seçki Qərargahı da bələdiyyə seçkiləri kampaniyasına rəsmi start verildikdən sonra qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirir. YAP-ın Mingəçevir şəhər təşkilatının sədri, Seçki Qərargahının rəhbəri Cavanşir Yusubov bildirib ki, təşkilatda partiya üzvlərinin sayı 6 min 794 nəfərdir. Ərazi ilk partiya təşkilatının sayı isə 53-dür. Mingəçevir şəhər bələdiyyəsi üzvlərinin sayının 19 nəfər olduğunu deyən C.Yusubovun sözlərinə görə, buna müvafiq olaraq da YAP şəhər təşkilatı bələdiyyəyə 19 nəfərin namizədliyini irəli sürüb. “Partiyanın İcra Katibliyinin tövsiyə və tapşırıqlarına uyğun olaraq işimizi qurmuşuq. Namizədlərimiz əhali arasında tanınan, nüfuzlu, savadlı, bacarıqlı insanlardır. Namizəd irəli sürərkən biz gənclərə və qadınlara da üstünlük vermişik. Bilirsiniz ki, ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirilməsi nəticəsində yüksək intellektli gənc nəsil yetişib. Bu gənclər də, təbii ki, öz bilik və bacarıqlarını ölkəmizin inkişafına sərf etməlidirlər. Bu baxımdan, biz belə gənclərimizi irəli çəkərək şəhərimizin sosial-iqtisadi inkişafına öz töhfələrini verməsini istəyirik. Eləcə də, qadınların ölkəmizin ictimai-siyasi həyatında rolu artmaqdadır. Bu proses Mingəçevir şəhərində də özünü göstərir. Ona görə də, bələdiyyələrə namizədlər irəli sürülərkən qadınlara da etimad göstərilib”, - deyə YAP Mingəçevir şəhər təşkilatının sədri vurğulayıb.
Mingəçevirdə əhalinin sayının 101 min 086 nəfər olduğunu diqqətə çatdıran C.Yusubov seçicilərin 2 - 47 saylı Mingəçevir və 49 saylı Yevlax-Mingəçevir şeçki dairələrində səs verdiyini qeyd edib. Onun sözlərinə görə, 47 saylı seçki dairəsi üzrə məntəqələrin sayı 30, seçicilərin sayı isə 36 min 997 nəfərdir. 49 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin isə Mingəçevir şəhəri üzrə məntəqələrinin sayı 12, seçicilərin sayı 11 min 983 nəfərdir. Mingəçevir şəhəri üzrə cəmi seçki məntəqələrinin sayı 42, seçicilərin sayı 48 min 980 nəfərdir.
Xatırladaq ki, YAP Mingəçevir şəhər təşkilatı Seçki Qərargahının 19 üzvü var. Qərargah seçki ilə bağlı bütün maddi-texniki təchizatla təmin olunub. Bir sözlə, qərargahda seçki kampaniyasını uğurla həyata keçirmək üçün bütün imkanlar mövcuddur.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20
Siyasət
07 May 07:10
İdman
07 May 07:09
Siyasət
06 May 23:39
Dünya
06 May 23:32
Dünya
06 May 23:19
Dünya
06 May 22:50
Dünya
06 May 22:24
Dünya
06 May 22:09
Sosial
06 May 21:42

