YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə namizədlərlə gənclərin görüşü keçirilib
17.12.2014 [10:20]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında 23 dekabrda keçiriləcək bələdiyyə seçkilərində irəli sürülən namizədlərlə gənclərin görüşü keçirilib. Tədbiri giriş sözü ilə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq, qarşıdan gələn bələdiyyə seçkiləri və ölkəmizdə həyata keçirilən bələdiyyə institutu haqqında danışaraq, yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğunu bildirib. T.Tağıyev YAP Nərimanov rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş 19 nəfərin təbliğat-təşviqat kampaniyasının uğurla davam etdiyini söyləyib. Təşkilat sədri, həmçinin, namizədlər sırasında gənclərin böyük üstünlük təşkil etdiyini və qarşıdan gələn bələdiyyə seçkilərində gənclərin məhz YAP tərəfindən irəli sürülmüş namizədləri dəstəkləyəcəyinə əminliyini vurğulayıb.
Daha sonra YAP Gənclər Birliyi ofisinin rəhbəri Əli Pənahov çıxış edərək, ölkə başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, Azərbaycan gənclər siyasətindən və bu siyasətin beynəlxalq təşkilatlar tərəfindən nümunə götürülməsindən geniş bəhs edib. Həmçinin, Ə.Pənahov, ölkədə keçirilən hər bir seçkidə olduğu kimi bələdiyyə seçkilərində də YAP namizədlərinin qələbə qazanacağına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı çıxış edərək, ölkənin və YAP-ın ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin namizədlər sırasında yer almalarının dövlət gənclər siyasətinin uğurlu nəticəsi olduğunu qeyd edib. O, Yeni Azərbaycan Partiyasının sıralarında birləşən gənclər ordusunun bu seçkilərdə də yüksək fəallıq göstərərək etimadı doğruldacaqlarını, partiya namizədləri sırasında olan bütün üzvlər kimi gənclərin də yüksək səs faizi ilə qələbə qazanacaqlarına əminliyini ifadə edib.
YAP Nərimanov rayon təşkilatı tərəfindən namizədliyi irəli sürülmüş İradə Qarayeva isə çıxışında bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb. O, bələdiyyə seçkilərində gənclərin də YAP-ın namizədlərinə səs verəcəklərinə şübhə etmədiyini deyib və gəncləri seçki prosesində fəal olmağa çağırıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

