YAP-da yüksək intellektli gənclər birləşib
05.03.2015 [09:49]
YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin IV konfransı keçirilib. Tədbir rayonun Xoşbulaq kəndində ötən il gənclərin istifadəsinə verilmiş Gənclərin təlim və istirahət mərkəzində baş tutub. Hesabat məruzəsi ilə YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Vüqar Məmmədov çıxış edərək bildirib ki, ölkəmizdə əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti bu gün də öz müsbət nəticələrini verməkdədir.
Hesabat dövründə görülən işlərlə bağlı məlumat verən V.Məmmədov deyib ki, YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyinin sıralarına üzv olan gənclərin sayı ilbəil artıb. YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyi bu gün 550 nəfər gənci öz sıralarında birləşdirir. Onlarda 141 nəfəri ali, 85 nəfəri orta-ixtisas, 325 nəfəri isə orta təhsillidir. Məruzəçi onu da bildirib ki, YAP-da yüksək intellektli gənclər birləşib: “Azərbaycan gəncliyinin mütləq əksəriyyətinin mövqeyinin nədən ibarət olduğunu bilirik. Bu mövqe ondan ibarətdir ki, gəncliyimiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti birmənalı şəkildə dəstəkləyir. YAP Gənclər Birliyi də öz fəaliyyətində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməyi özünün başlıca vəzifəsi hesab edir və bu işin öhdəsindən layiqincə gəlməyə çalışır”.
Hesabat məruzəsi dinlənildikdən sonra təşkilati məsələlərə baxılıb, YAP Gənclər Birliyinin IV konfransına nümayəndələr seçilib, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə YAP Daşkəsən rayon təşkilatı Gənclər Birliyini IV konfransı nümayəndələrinin müraciəti qəbul olunub.
Konfransda Çanaqçı ərazi ilk partiya təşkilatının sədri Arzuman Yusifov, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov, Daşkəsən rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Namiq Süleymanov, YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçuyev çıxış edərək ölkəmizdə aparılan uğurlu gənclər siyasətindən danışıb, gəncləri Heydər Əliyev ideyalarına sadiq qalaraq ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşməyə çağırıblar.
Konfransın sonunda YAP sıralarına qəbul olunmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxSosial
09 Oktyabr 09:42
Analitik
09 Oktyabr 09:18
Sosial
09 Oktyabr 08:50
MEDİA
09 Oktyabr 08:37
Gündəm
09 Oktyabr 08:11
Dünya
08 Oktyabr 23:25
İqtisadiyyat
08 Oktyabr 22:53
İqtisadiyyat
08 Oktyabr 22:31
Dünya
08 Oktyabr 21:59
Dünya
08 Oktyabr 21:22
İqtisadiyyat
08 Oktyabr 20:57
Dünya
08 Oktyabr 20:24
Dünya
08 Oktyabr 19:52
Dünya
08 Oktyabr 19:21
Maraqlı
08 Oktyabr 18:21
Dünya
08 Oktyabr 17:35
Siyasət
08 Oktyabr 17:28
Siyasət
08 Oktyabr 17:26
YAP xəbərləri
08 Oktyabr 16:36
Dünya
08 Oktyabr 16:18
YAP xəbərləri
08 Oktyabr 15:37
Dünya
08 Oktyabr 15:22
Elm
08 Oktyabr 15:17
Sosial
08 Oktyabr 14:33
Sosial
08 Oktyabr 14:32
Hadisə
08 Oktyabr 14:30
Dünya
08 Oktyabr 14:30
Gündəm
08 Oktyabr 14:29
Gündəm
08 Oktyabr 13:58
Siyasət
08 Oktyabr 13:56
YAP xəbərləri
08 Oktyabr 13:54
Dünya
08 Oktyabr 13:19
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:11
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:10
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:09
Siyasət
08 Oktyabr 13:08
Gündəm
08 Oktyabr 12:55
Sosial
08 Oktyabr 12:21
Siyasət
08 Oktyabr 12:08
Siyasət
08 Oktyabr 12:06
Gündəm
08 Oktyabr 11:59
Gündəm
08 Oktyabr 11:49
Sosial
08 Oktyabr 11:14
Elm
08 Oktyabr 11:12
İqtisadiyyat
08 Oktyabr 11:11
Siyasət
08 Oktyabr 10:59
Gündəm
08 Oktyabr 10:46
Gündəm
08 Oktyabr 10:45
Sosial
08 Oktyabr 10:21
Gündəm
08 Oktyabr 10:07
Gündəm
08 Oktyabr 09:53
İqtisadiyyat
08 Oktyabr 09:45
Gündəm
08 Oktyabr 09:32
Analitik
08 Oktyabr 09:17
Sosial
08 Oktyabr 08:52
Elm
08 Oktyabr 08:30
Gündəm
08 Oktyabr 08:14
Elm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22

