Yeni Azərbaycan Partiyası mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir
17.07.2015 [12:22]
YAP-ın mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir keçirilib
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mərkəzi qərargahında Azərbaycan milli mətbuatının yaranmasının 140 illiyi münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 140 il ərzində milli mətbuatımız tarixi yol keçib. Azərbaycan mətbuatının yaranmasının 140 illiyi ilə bağlı dövlət başçısı tərəfindən Sərəncam verildiyini xatırladan M.Qurbanlı qeyd edib ki, hazırda bununla əlaqədar respublikamızda müxtəlif tədbirlər keçirilir.
YAP İcra katibinin müavini deyib ki, “Əkinçi”dən başlayaraq milli mətbuatımız xalqımızın maariflənməsində böyük rol oynayıb. Onun sözlərinə görə, Azərbaycan mətbuatı həm Xalq Cümhuriyyəti, həm də sovet dövründə milli maraqlarımıza xidmət edib: “Bu dövrlərdə mətbuatımız milli düşüncənin formalaşmasında və inkişafında müstəsna rol oynayıb. Eyni zamanda, mətbuatımız böyük şəxsiyyətlər yetişdirib”.
Mübariz Qurbanlı vurğulayıb ki, Ümummilli lider Heydər Əliyev mətbuata çox böyük diqqət və qayğı göstərib. Ulu öndərin bu qayğısı yalnız müstəqillik illərini deyil, eyni zamanda, sovet dövrünü də əhatə edir: “Müstəqillik illərində də Ulu öndər Heydər Əliyev mətbuatımızın inkişafı üçün ciddi addımlar atıb, bu istiqamətdə bir sıra qərarlar verib. Bu qayğının nəticəsidir ki, Ulu öndər Azərbaycan mətbuatının dostu kimi jurnalistlər tərəfindən yüksək ada layiq görülüb”.
“Bu gün də Prezident İlham Əliyev mətbuata diqqət və qayğını ön planda saxlayır. Azərbaycan mətbuatına dövlət qayğısı ilə bağlı konsepsiya var. Mütəmadi olaraq jurnalistlər təltif olunur, onların sosail problemləri həll edilir, bina tikilir. Yəqin ki, yaxın günlərdə yenə də bir qrup jurnalist dövlət tərəfindən təltif olunacaq”, - deyən Mübariz Qurbanlı bildirib ki, mətbuatın cəmiyyətdə rolu getdikcə artır.
Mübariz Qurbanlının sözlərinə görə, Yeni Azərbaycan Partiyası həmişə mətbuatla sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, partiyanın mətbuatla əlaqələri ənənəvi xarakter alıb. M.Qurbanlı bir daha milli mətbuatın 140 illiyi münasibətilə jurnalistləri təbrik edib.
YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov isə bildirib ki, Azərbaycan müstəqillik qazanandan sonrakı dövrdə mətbuatda kifayət qədər peşəkar kadrlar yetişib: “Keçmiş SSRİ-də digər respublikalar ilə müqayisədə Azərbaycanın müstəqillik qazanması prosesi çox ağır oldu, torpaqlarımız işğala məruz qaldı, separatizm baş qaldırdı. Mətbuat xalqın Azərbaycan ərazilərinin müdafiəsinə səfərbər olunmasında, dövlətçiliyimizin qorunmasında mühüm rol oynayıb”.
S.Novruzov bildirib ki, mətbuat hər bir cəmiyyətin, o cümlədən, Azərbaycan cəmiyyətinin həyatının informasiya ilə təmin edilməsində, ictimai-siyasi proseslərin işıqlandırılmasında, insanların maarifləndirilməsində, bütövlükdə, ölkənin mədəni səviyyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynayır. 140 il ərzində milli mətbuatımızın şərəfli bir yol keçdiyini deyən S.Novruzovun sözlərinə görə, hazırda ölkəmizdə yüksək səviyyəli kütləvi informasiya vasitələri formalaşıb. S.Novruzov bildirib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında da mətbuatımız müstəsna xidmətlər göstərib. Onun sözlərinə görə, hətta bu yöndə peşə fəaliyyətini yerinə yetirən zaman şəhid olan jurnalistlərimiz də var.
Millət vəkili deyib ki, mətbuatın inkişafı daim diqqət mərkəzindədir, o, dördüncü hakimiyyət funksiyasını uğurla yerinə yetirir. “Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuat inkişaf etməyə başlayıb, mətbuat-dövlət əlaqələri sıx olub, əlaqələr inkişaf edib. Ümummilli lider Heydər Əliyev tərəfindən senzuranın ləğv olunması, qəzetlərin dövlət nəşriyyatına olan borclarının dondurulması və mətbuatın inkişafına xidmət edən digər məsələlər ilə bağlı verilən qərarlar böyük əhəmiyyət kəsb edib. Mətbuat işçiləri Ulu öndərimizin bu fəaliyyətini yüksək qiymətləndirərək Onu “Jurnalistlərin dostu” seçiblər. Bu siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir və dövlət başçısı da “Jurnalistlərin dostu” mükafatına layiq görülüb. Bu gün Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun xətti ilə dövlətimiz mətbuatımıza ciddi dəstək verir. Eyni zamanda, ölkə başçısının qərarı ilə dövlət hesabına mətbuat işçiləri üçün yaşayış binası tikilib istifadəyə verilib. Artıq 250 mənzildən ibarət olacaq ikinci bina da tikilməkdədir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
YAP İcra katibinin müavini deyib ki, ölkəmizdə mətbuat azaddır və söz azadlığı tam təmin olunub. Millət vəkilinin sözlərinə görə, mətbuat cəmiyyətdə ictimai nəzarət funksiyasını həyata keçirir. S.Novruzov, həmçinin, Yeni Azərbaycan Partiyasının da kütləvi informasiya vasitələri ilə sıx əməkdaşlıq etdiyini vurğulayıb. Onun sözlərinə görə, partiya mətbuatla əlaqələrin inkişafına böyük əhəmiyyət verir: “YAP olaraq mətbuatla sıx əlaqələr qururuq. Siyasi partiyalar mətbuatla bilavasitə işləyir. Çünki onlar öz fəaliyyətlərini mətbuat vasitəsilə cəmiyyətə təqdim edirlər”.
S.Novruzov deyib ki, bu gün ölkə mətbuatı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti, Azərbaycanın inkişafını, reallaşdırılan islahatları geniş şəkildə işıqlandırır və təbliğ edir. Onun sözlərinə görə, ölkəmizin inkişafının, daxili ictimai-siyasi sabitliyinin nəticəsidir ki, bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edir: “Mətbuatımız ilk Avropa Oyunlarını yüksək səviyyədə təbliğ etdi. Birinci Avropa Oyunları da göstərdi ki, bir neçə orqanı çıxmaq şərti ilə, mətbuatımız ümumxalq maraqlarını digər maraqlardan üstün tutaraq, Azərbaycanda keçirilən bu möhtəşəm tədbirə qarayaxmalara, erməni lobbisindən maliyyələşən dairələr və “sapı özümüzdən olan baltalar”a qarşı birmənalı mövqe ortaya qoydu. Siyasətçilərin də öz proqramlarını seçicilərə çatdırmasında mətbuatın rolu əvəzedilməzdir. Qarşıdan gələn parlament seçkiləri Azərbaycan mətbuatının 140 illiyinə təsadüf edir. İnanıram ki, 140 illik təcrübə parlament seçkilərində təbliğat-təşviqat kampaniyasının qurulmasında özünü göstərəcək. Həm də qarşıdan Ramazan bayramı gəlir, bu münasibətlə xalqımızı, jurnalistlərimizi təbrik edirik”.
Daha sonra tədbirdə iştirak edən jurnalistlər mükafatlandırılıblar.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

