YAP-ın namizədləri seçicilər tərəfindən böyük hörmət və yüksək əhval-ruhiyyə ilə qarşılanır
13.10.2015 [09:34]
Partiyanın 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən namizədi Əhliman Əmiraslanov Saatlı rayonunun Novruzlu kəndində seçicilərlə görüşüb
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisə seçkilərdə irəli sürdüyü namizədlərin təbliğat-təşviqat kampaniyası uğurla və yüksək mütəşəkkilliklə davam edir. Kampaniya çərçivəsində növbəti görüş Saatlı rayonunun Novruzlu kəndində baş tutub. Seçicilər Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovla görüşə böyük maraqla və mütəşəkkilliklə toplaşıblar.
Görüşü açıq elan edən Yeni Azərbaycan Partiyasının Saatlı rayon təşkilatının sədri Lütvəli Şıxəliyev partiyanın namizədi ilə görüşə belə böyük maraq göstərdikləri üçün seçicilərə minnətdarlığını bildirib. O daha sonra Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Tapdıq oğlu Əmiraslanov haqqında seçicilərə məlumat verib: “Əslində, Əhliman müəllimin gördüyü işlər, onun tərcümeyi-halı, elmimizin inkişafındakı xidmətləri, bir ziyalı kimi cəmiyyətdəki mövqeyi, həmçinin millət vəkili kimi ötən 5 ildəki fəaliyyəti haqqında hər bir vətəndaşımız ətraflı məlumata malikdir”.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanovun vəkili Elçin Ağayev akademikin elmi fəaliyyətinin dövlətimiz tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.
Əhliman Əmiraslanovun vəkilləri Ədalət Həsənov və Oktay Mehdiyev isə akademikin bir ziyalı kimi də daim xalqımızın xidmətində dayandığını, onun bir həkim kimi insanlara şəfa verdiyini vurğulayıblar.
Yeni Azərbaycan Partiyasının 65 saylı Saatlı-Sabirabad-Kürdəmir Seçki Dairəsindən Milli Məclisə namizədi Əhliman Əmiraslanov isə çıxışına onunla görüşə gəlmiş bütün seçicilərə təşəkkürünü bildirərək başlayıb. O, daha sonra ölkəmizdə həyata keçirilən siyasətin uğurlu nəticələrindən danışıb. Akademikin sözlərinə görə, əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyevin davam etdirdiyi siyasi kurs Azərbaycana çox böyük uğurlar qazandırıb.
Daha sonra millət vəkili seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də məlumat verən akademik Əhliman Əmiraslanov deyib ki, millət vəkilinin ən əsas vəzifəsi ölkəmizin inkişafı üçün daha mütərəqqi, daha işlək qanunların qəbuluna çalışmasıdır: “Mən də bu sahədə fəal olacağam. Həmçinin hər bir seçicimizin problemlərinə öz problemim kimi yanaşacaq, onların həllində səylərimi əsirgəməyəcəyəm. Mən inanıram ki, sizlərin xatirində, sözün həqiqi mənasında, yaxşı millət vəkili kimi qalacağam”.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38

