Sumqayıt seçiciləri YAP-ın namizədlərini dəstəkləyirlər
13.10.2015 [09:38]
42 saylı Sumqayıt ikinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) millət vəkilliyinə namizədi Tahir Mirkişilinin 1-ci mikrorayon, 14-cü, 29-cu və 30-cu məhəllələrin seçiciləri ilə görüşü keçirilib. Namizədin vəkillərinin də iştirak etdiyi tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev ölkəmizin növbəti siyasi proses ərəfəsində olduğunu deyib. Əhalinin bundan əvvəlki seçkilərdə olduğu kimi, bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklərinə əmin olduğunu bildirən A.İmaməliyev sumqayıtlıların da bu prosesdə fəallıq göstərəcəklərinə inamını ifadə edib.
Daha sonra Asif İmaməliyev millət vəkilliyinə namizəd haqqında seçicilərə ətraflı məlumat verib. Tədbirdə çıxış edən namizədin vəkilləri seçiciləri Tahir Mirkişiliyə etimad göstərməyə çağırıblar.
Çıxış edən T.Mirkişili qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin sosial inkişaf, iqtisadi tərəqqi, beynəlxalq aləmə inteqrasiya siyasəti ölkəmizi böyük inkişaf yoluna çıxarıb: “Nəticədə, Azərbaycan bu gün regionun ən inkişaf etməkdə olan ölkəsinə çevrilib. Azərbaycanın qazandığı nailiyyətlər, əldə olunan uğurlar günü-gündən artır. Əhalinin həyat şəraiti yaxşılaşır, sosial problemlər həll edilir, şəhərlərimizdə geniş abadlıq-quruculuq işləri aparılır. Siyasi, iqtisadi, hüquqi, sosial islahatlar davam etdirilir, Azərbaycanın hərbi qüdrəti artır. Bu cür dinamik quruculuq dövründə Milli Məclisin üzvlüyünə namizədliyimin Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi bu işlərdə daha yaxından iştirak etməyimə və sumqayıtlıların etimadını doğrultmağa şərait yaradır”.
T.Mirkişili əlavə edib ki, son illərdə ölkəmizdə aparılan siyasətin nəticəsində bütün sahələrdə böyük inkişaf müşahidə olunur. Bu inkişafdan Sumqayıt şəhərinə də pay düşdüyünü söyləyən namizəd dövlət başçısının hər zaman Sumqayıta qayğı ilə yanaşdığını önə çəkib.
Çıxış edən seçicilər isə noyabrın 1-də keçiriləcək seçkilərdə YAP-ın namizədini dəstəkləyəcəklərini bildiriblər.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxAnalitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53

