/ / YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib
YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib
20.10.2015 [10:44]
Hikmət Babaoğlu: Mən qürur duyuram ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədiyəm
Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Və bu seçkilərlə bağlı təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən T.Tağıyev partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib. O, görüş iştirakçılarına deputatlığa namizəd Hikmət Babaoğlu haqqında geniş məlumat verib.
Sonra çıxış edən Nərimanov rayon Ağsaqqallar Şurasının sədri, YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının üzvü Miri Həsənov qarşıdan gələn parlament seçkiləri haqqında danışıb, YAP-ın namizədlərinin qələbəsinə inandığını deyib: “İnanırıq ki, Nərimanov seçiciləri bu seçkilərdə də partiyamızın namizədinə səs verəcəklər. Biz ağsaqqallar 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizəd Hikmət Babaoğluna öz xeyir-duamızı vermişik. Çünki YAP hər zaman xalqın maraqlarından çıxış edir”.
YAP Nərimanov rayon təşkilatı Seçki Qərargahının üzvü, rayon təşkilatının sədr müavini Vaqif Novruzov isə çıxışında parlament seçkilərində YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü deyib. Deputatlığa namizəd Hikmət Babaoğlunun ziyalı keyfiyyətləri haqqında fikirlərini bildirən V.Novruzov seçiciləri məhz YAP-ın namizədinə səs verməyə səsləyib.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri, təşkilatın Seçki Qərargahının üzvü Yusif Babanlı isə çıxışında Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğının nəticələrindən, dövlət gənclər siyasətindən geniş bəhs edib. Y.Babanlı, eyni zamanda, ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə hər bir gəncin aktiv iştirak edəcəyinə əminliyini bildirib.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası bu gün təkcə Azərbaycanın deyil, regionun ən güclü siyasi təşkilatıdır. Onun sözlərinə görə, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. “Əlbəttə, YAP-ın ümumxalq partiyasına çevrilməsində, heç şübhəsiz ki, partiyamızın qurucusu, Ulu öndər Heydər Əliyevin xidmətləri olduqca böyükdür. Çünki partiyamız yaranan zaman onun Proqram və Nizamnaməsini Ulu öndərimizin Özü yazmışdı. Əslində, bu Proqram və Nizamnamə Azərbaycan xalqının siyasi, iqtisadi maraqlarını, mədəni, milli-mənəvi dəyərlərini, bütövlükdə dövlətçilik maraqlarını qorumağı özündə ehtiva edən sənədlərdir. YAP-ın Proqram və Nizamnaməsində azərbaycançılıq ideologiyası əsas götürülür. Çox sevindirici haldır ki, xalqımız bu ideologiya ətrafında sıx birləşib. Mən də qürur duyuram ki, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının namizədiyəm”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
YAP-ın fəaliyyətində varislik prinsipinə böyük önəm verdiyini deyən deputatlığa namizəd partiyanın hər zaman xalqın maraqlarından çıxış etdiyini bildirib. Hikmət Babaoğlu həmçinin seçicilərə özünün ictimai-siyasi, elmi fəaliyyəti haqqında da məlumat verib: “Mən inanıram ki, sizlər Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəksiniz. Sizin qaldırdığınız məsələləri kimliyindən asılı olmayaraq, yalnız YAP kimi böyük nüfuza malik partiyanın nümayəndəsi həll edə bilər. Sizi 1 noyabr seçkilərində fəal olmağa çağırıram və əgər mənə etimad göstərsəniz, parlamentdə sizin layiqli təmsilçiniz olacağam”.
Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların arzu və təkliflərini dinləyib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

