YAP parlament seçkilərinə böyük inamla gedir
20.10.2015 [10:45]
Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən Milli Məclisin deputatlığına namizədi Siyavuş Novruzovun Şahbuz şəhərindəki “Kino Araz” klubunda seçicilərlə görüşü keçirilib
Noyabrın 1-də ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası (YAP) təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir. Dünən Yeni Azərbaycan Partiyasının 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən Milli Məclisinin deputatlığına namizədi, YAP İcra katibinin müavini Siyavuş Dünyamalı oğlu Novruzovun Şahbuz şəhərindəki “Kino Araz” klubunda seçicilərlə görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Şahbuz rayon təşkilatının sədri Rizvan Məmmədov Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının ölkəmizin inkişafındakı tarixi xidmətlərindən bəhs edərək bildirib ki, bu xidmətləri dəyərləndirən xalqımız, Azərbaycan seçicisi YAP-a böyük etimad göstərir: “Məhz bunun nəticəsidir ki, Azərbaycan xalqı bütün seçkilərdə partiyamıza səs verir”.
O, daha sonra parlament seçkilərində partiyanın namizədini seçicilərə təqdim edərək deyib ki, Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası tərəfindən artıq üçüncü dəfədir 5 saylı Şahbuz-Babək Seçki Dairəsindən deputatlığa namizəd kimi irəli sürülür: “Hər seçkidə də seçicilərimiz Siyavuş Novruzovu millət vəkili seçiblər. Ona görə də seçiciləri onu yaxşı tanıyır və fəaliyyətini dəyərləndirirlər”.
R.Məmmədov partiyanın yaradıcısı, Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyasına xidmət dövlətə, xalqa xidmət etmək deməkdir” fikirlərini xatırladaraq seçiciləri YAP-ın namizədi Siyavuş Novruzova səs verməyə çağırıb.
Sonra çıxış edən “Oğuz Səsi” qəzetinin redaktoru Şəhla Nəbiyeva deputatlığa namizədin həyat və fəaliyyəti barədə geniş məlumat verib. O, bildirib ki, S.Novruzov Azərbaycan parlamentinin ən təcrübəli üzvlərindən biridir, Milli Məclisin İntizam komissiyasının sədri kimi uğurla fəaliyyət göstərir: “O həm də qanunvericilik sahəsində təcrübəli mütəxəssis kimi uğurlu fəaliyyət göstərir. Siyavuş Novruzovun ölkəmizin ictimai-siyasi həyatında və parlamentdəki fəaliyyəti dövlətimiz və partiyamızın rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir”.
Şahbuz rayon Mərkəzi Xəstəxanasının həkimi, ilk partiya təşkilatı sədri Təmleyxa Cəbiyev çıxış edərək deputatlığa namizəd Siyavuş Novruzovu yaxından tanıyan bir şəxs kimi, onun yüksək insani keyfiyyətlərindən danışıb, seçiciləri Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırıb.
YAP Şahbuz rayon təşkilatı Gənclər Birliyinin sədri Vüqar Muradov isə gəncləri seçki günü fəal olmağa və Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə dəvət edib.
Deputatlığa namizəd, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov seçicilər qarşısında çıxış edərək partiyamızın bu seçkilərə də böyük inamla getdiyini deyib: “Ümummilli liderimiz, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasının müəllifidir. Ulu öndərimizin müəyyənləşdirdiyi siyasəti bu gün ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev uğurla davam etdirir. Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün bizim kifayət qədər əsaslarımız var. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir. Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır. Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə ölkəmizdə çox böyük dəyişikliklər baş verib. İqtisadiyyat artıb, əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, bölgələrdə sosial məsələlər həll olunur və s. Bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü əyani şəkildə göstərir. Yəni biz beş il əvvəl seçkilərə gedərkən insanlara verdiyimiz vədlər yerinə yetirilib. Ən əsası odur ki, Azərbaycan dövləti milli maraqlarımıza uyğun siyasət həyata keçirir və bu da xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir”, - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Siyavuş Novruzovun sözlərinə görə, dördüncü çağırış Milli Məclis və orada təmsil olunan YAP nümayəndələri üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetiriblər. O, əmin olduğunu bildirib ki, bu dəfə də xalqımız Yeni Azərbaycan Partiyasının qələbə qazanması üçün öz dəstəyini əsirgəməyəcək.
Sonda deputatlığa namizəd Siyavuş Novruzov seçiciləri maraqlandıran çoxsaylı suallara ətraflı cavab verib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

