YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir
24.10.2015 [12:03]
YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib
Hikmət Babaoğlu: YAP-ın qələbə qazanmasını şərtləndirən ən birinci amil onun Sədrinin, Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətidir
Məlum olduğu kimi, noyabrın 1-də ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Seçkilərlə bağlı təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. 660 mindən çox üzvü olan partiyamız ötən dövrdə şərəfli yol keçib: “Ümumiyyətlə, Azərbaycan tarixində YAP qədər böyük, güclü partiya olmayıb. Bilirsiniz ki, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır. Biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Azərbaycanın bugünkü inkişafı məhz Heydər Əliyev ideyaları ilə bağlıdır. Və partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 23 il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır”.
T.Tağıyev 19 saylı Nərimanov birinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu olduğunu bildirib. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib və seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb.
YAP Nərimanov rayon təşkilatının Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova isə parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən M.İbrahimova partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib. Onun sözlərinə görə, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. M.İbrahimova görüş iştirakçılarını YAP-ın namizədi Hikmət Babaoğluna səs verməyə çağırıb.
Çıxış edən seçicilər Məmməd Məmmədov, Rasim Əliyev, Günay İmanova və Mehriban İsayeva ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur, məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlament seçkilərinin əhəmiyyətindən bəhs edib və diqqətə çatdırıb ki, ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir: “Öz fəaliyyətində Azərbaycan xalqının və dövlətinin maraqlarını rəhbər tutan, ölkə hüdudlarında və beynəlxalq miqyasda böyük nüfuza sahib olan YAP qələbələr partiyasıdır. Əminliklə söyləmək olar ki, qarşıdan gələn parlament seçkiləri də Yeni Azərbaycan Partiyasının möhtəşəm qələbəsi ilə yadda qalacaq. Partiyamız seçkilərdə 116 seçki dairəsində namizədi ilə mübarizə aparır. Bu namizədlərin tərkibi də YAP-ın bir partiya kimi daxili strukturunun göstəricisidir. Yəni burada, ilk növbədə, ziyalılar, qadınlar, gənclər və sosial mənsubiyyət etibarilə bütün kateqoriyalara mənsub olan insanlar namizəd kimi öz əksini tapıb. Bunun özü YAP-ı cəlbedici etməklə bərabər, seçkidə uğur qazanmasına əsas yaradan səbəblərdən biridir. Bütün bunlarla bərabər, YAP-ın qələbə qazanmasını şərtləndirən ən birinci amil onun Sədrinin, Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətidir. Cənab İlham Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın milli və dövlət maraqlarını qorumaqla yanaşı, ölkənin ən ciddi problemlərinin həlli üçün bütün resursları səfərbər etməyi bacaran uğurlu bir lider kimi tanınıb. O, ən mürəkkəb vəziyyətlərdə belə, bir neçə siyasi gedişi öncədən hesablayan unikal siyasətçi keyfiyyətlərinə sahib olan bir liderdir”.
“Bilirsiniz ki, deputatlığa namizədliyim şəxsi təşəbbüsümlə irəli sürülməyib. Mənim namizədliyim YAP tərəfindən irəli sürülüb. Buna görə də əgər millət vəkili seçilərəmsə, ilk gündən bütün fəaliyyətim partiyamızın tapşırıq və tövsiyələri, hədəflədiyi istiqamətlər üzrə olacaq. Əlbəttə ki, sizlərin arzuları, istəkləri, müraciətləri də olacaq. Millət vəkili seçiləcəyim təqdirdə, sizlərin fikirlərinizin parlamentdə səsləndirilməsi, problemlərinizin həll olunması istiqamətində fəaliyyət göstərəcəyəm. Hesab edirəm ki, seçicilərin qaldırdıqları problemləri həll edə biləcək ən uğurlu namizəd mənəm. Çünki mən YAP-ın nümayəndəsiyəm, mənim arxamda 700 minə yaxın üzvü olan partiyanın siyasi iradəsi dayanır. Eyni zamanda, partiyanın intellektual resursları, siyasi nüfuzu və s. dayanır”, - deyə H.Babaoğlu əlavə edib.
Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43

