Yeni Azərbaycan Partiyası növbəti möhtəşəm qələbəyə doğru...
28.10.2015 [10:43]
YAP-ın 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib
Hikmət Babaoğlu: YAP həm ictimai nüfuz, həm də idarəetmə orqanları ilə ünsiyyət baxımından ən nüfuzlu partiyadır
Noyabrın 1-də keçiriləcək parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyasının (YAP) 19 saylı Nərimanov birinci Seçki Dairəsindən deputatlığa namizədi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun Nərimanov rayon seçiciləri ilə növbəti görüşü keçirilib.
Görüşü giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının Seçki Qərargahının sədri Təmraz Tağıyev parlament seçkilərinin ölkəmizin siyasi həyatında mühüm hadisə olduğunu bildirib. YAP-ın bu seçkilərə yüksək səviyyədə hazırlaşdığını deyən T.Tağıyev partiyanın qələbə qazanacağının şübhəsiz olduğunu qeyd edib. Onun sözlərinə görə, YAP yarandığı vaxtdan bu günə qədər göstərdiyi fəaliyyət sayəsində ümumxalq partiyası adını qazanmağı bacarıb. T.Tağıyev 19 saylı Nərimanov birinci Seçki Dairəsindən partiyanın deputatlığa namizədinin “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu olduğunu bildirib. O, YAP-ın deputatlığa namizədi Hikmət Babaoğlunun tərcümeyi-halı, əmək və elmi-siyasi fəaliyyəti haqqında geniş məlumat verib və seçiciləri partiyamızın namizədinə səs verməyə çağırıb.
Daha sonra çıxış edənlər - YAP fəalı Əli Məmmədov, Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev, YAP Nərimanov rayon təşkilatının sədr müavini Vaqif Novruzov, YAP Nərimanov rayon təşkilatının təlimatçısı Nərminə Yunusova və digərləri ölkədə keçirilən hər bir seçkidə olduğu kimi, parlament seçkilərində də YAP-ın namizədlərinin qələbə qazanacaqlarına və bu prosesdə cəmiyyət üzvlərinin aktiv iştirak edəcəklərinə əminliklərini bildiriblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın sürətli inkişafı, möhkəm ictimai-siyasi sabitlik hər bir vətəndaşda qürur və məmnunluq hissi doğurur, məhz buna görə də ümumxalq partiyası olan YAP Azərbaycan cəmiyyətinin alternativsiz seçimidir.
Seçicilər qarşısında çıxış edən deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu parlament seçkilərinin əhəmiyyətindən bəhs edib və diqqətə çatdırıb ki, ölkəmiz, o cümlədən Yeni Azərbaycan Partiyası zəngin seçki təcrübəsinə malikdir: “Ümumxalq partiyası olan, Cənubi Qafqazın ən böyük və mütəşəkkil siyasi təşkilatı kimi xarakterizə olunan Yeni Azərbaycan Partiyası “Yeni hədəflərə doğru!” şüarı ilə seçkilərə gedir. Bu hədəflər, ilk növbədə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır, ikincisi, Azərbaycan iqtisadiyyatının neftdən asılılığının tamamilə aradan qaldırılmasıdır, üçüncüsü, Azərbaycanın ərzaq təhlükəsizliyinin tam təmin olunmasıdır, dördüncüsü, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına tam nail olunmasıdır, beşincisi, Azərbaycanın sənaye ölkəsinə çevrilməsidir. Eyni zamanda, yeni düşüncə tərzinə, milli maraqlarımızı qoruyacaq gücə sahib gənc nəslin yetişdirilməsi və s. ölkəmizin yeni hədəfləri sırasına daxildir. Yəni bütün bunlar əvvəlcədən qarşıya qoyulmuş hədəflərin davamıdır. “Yeni hədəflər” deyəndə partiyamız bu məqamları, xüsusilə milli və dövlət maraqlarımızın tələb etdiyi bütün hədəfləri nəzərdə tutur. Ona görə də YAP artıq yeni inkişaf mərhələsində “Yeni hədəflərə doğru!” şüarını yeni Azərbaycanımızın ən yeni tezisi kimi müəyyənləşdirib. Bir sözlə, Azərbaycan qarşısında dayanan yeni hədəfləri də uğurla reallaşdıracaq”.
H.Babaoğlu əlavə edib ki, Azərbaycan hüquqi dövlətdir, hakimiyyət bölgüsü mövcuddur: “Ali qanunverici hakimiyyət, icraedici hakimiyyət və məhkəmə hakimiyyəti mövcuddur. Əgər mənə etimad göstərsəniz, qanunverici orqanın təmsilçisi olacağam və əmin olun ki, sizin görmək istədiyiniz qanunların qəbul olunmasında bütün səy və bacarığımı səfərbər edəcəm. Əmin olun ki, sizin həlli mümkün olan problemlərinizi həll edəcək yeganə namizəd YAP-ın namizədi ola bilər. Çünki bu gün YAP həm ictimai nüfuz, həm də idarəetmə orqanları ilə ünsiyyət baxımından ən nüfuzlu partiyadır”.
Daha sonra deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə söhbət edib, onların fikir və təkliflərini dinləyib.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

