Deputatlığa namizəd Mahir Abbaszadə Bərdə rayonunda yaşayan laçınlı seçicilərlə görüşüb
29.10.2015 [09:49]
Yeni Azərbaycan Partiyasının (YAP) 121 saylı Laçın Seçki Dairəsindən deputatlığa namizədi Mahir Abbaszadə Bərdə rayonunda yaşayan laçınlı seçicilərlə görüş keçirib. Görüşü giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının Aparat rəhbəri Xaliq Musayev təbliğat-təşviqat kampaniyasının uğurla getdiyini deyib.
Partiyamızın bu seçkilərə də qələbə əzmi ilə getdiyini deyən natiq, həmçinin Abbaszadə Mahir Tapdıq oğlunun tərcümeyi-halı barədə geniş məlumat verib: “Biz laçınlılar hər zaman Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursa, partiyamızın qərarlarına böyük dəstək vermişik. Mən inanıram ki, bu seçkilərdə də partiyamızın qərarına dəstək verəcək və Mahir Abbaszadəyə səs verəcəyik”.
Daha sonra çıxış edən YAP-ın 121 saylı Laçın Seçki Dairəsi üzrə namizədi Mahir Abbaszadə ilk olaraq, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarından danışıb. O deyib ki, müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb: “Eyni zamanda, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən və yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb”.
Özünün Milli Məclis üzvlüyünə seçiləcəyi təqdirdə görəcəyi işlər barəsində də danışan Mahir Abbaszadə vurğulayıb ki, dövlətimizin, xalqımızın, seçicilərin mənafeyi naminə fəaliyyət göstərəcək, partiyamızın siyasi baxışlarına uyğun olaraq addımlar atacaq, xalqımızın daha da yaxşı yaşamasına xidmət edən qanunların qəbulunda fəal rol alacaq.
Eyni zamanda, görüşlərdə çıxış edən seçicilər qəhrəman ana - Prezident təqaüdçüsü Şərqiyyə Vəliyeva, Vüqar İmranov, Ehtiram Hüseynov, Hənifə Şirinova, Zalış Nəbiyev və başqaları partiyamızın namizədi Mahir Abbaszadəni dəstəklədiklərini, Azərbaycanın daha da güclənməsi üçün yeni hədəflərə doğru gedən YAP-ın namizədinə səs verəcəklərini bəyan ediblər.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02

