“Yeni Azərbaycan Partiyası – 2015” buraxılışı nəşr edilib
29.03.2016 [11:07]
Buraxılışda Yeni Azərbaycan Partiyasının ötən il ərzindəki fəaliyyəti əks olunub
Ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası (YAP) yarandığı dövrdən bu günədək uğurlu inkişaf yolu keçib. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni-yeni uğurlara imza atmaqdadır. Ümumxalq partiyası kimi xarakterizə olunan YAP-ın fəaliyyəti ölkə vətəndaşları tərəfindən daim dəstəklənir. Məhz bunun nəticəsidir ki, artıq 700 min nəfərə yaxın üzvü olan partiya ölkəmizdə keçirilən bütün seçkilərdə parlaq qələbə qazanıb.
Yeni Azərbaycan Partiyasının fəaliyyəti 2015-ci ildə də uğurlu olub. Yeri gəlmişkən, partiyamızın ötən il ərzində fəaliyyətinə həsr olunmuş “Yeni Azərbaycan Partiyası – 2015” buraxılışı nəşr edilib. Buraxılışda ilk olaraq 2015-ci il ərzində ölkəmizin bütün sferalarda, o cümlədən sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər əks olunub. Qeyd edilir ki, regionda və dünyada gedən mürəkkəb siyasi, iqtisadi proseslərə baxmayaraq, düşünülmüş daxili və xarici siyasət kursu qarşıya qoyulan hədəflərə nail olmağa, yeni uğurlar əldə etməyə imkan yaradıb: “Ötən il ərzində neftin qiymətinin bir neçə dəfə azalması və bir sıra valyutalar kimi, manatın da devalvasiyası şəraitində belə, ölkə iqtisadiyyatında artım göstəriciləri qeydə alınmışdır. Belə ki, ümumi daxili məhsul 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artmışdır. Ötən ildə ölkə iqtisadiyyatına yarısı xarici investisiya olmaqla 20 milyard dollara yaxın sərmayə qoyulmuşdur. İqtisadiyyatın şaxələndirilməsi və neftdən asılılığın azaldılması istiqamətində görülən işlər sayəsində Azərbaycan postneft dövrünə qeyri-neft sənayesinin sürətli artımı ilə daxil olmuşdur. Əvvəlki illərdə olduğu kimi, 2015-ci ildə də nəzərdə tutulan bütün sosial proqramlar icra olunmuş, regionların sosial-iqtisadi inkişafı layihələri davam etdirilmişdir”.
Nəşrdə həmçinin ötən il ölkəmizdə keçirilmiş I Avropa Oyunları da Azərbaycanın mühüm uğuru kimi səciyyələndirilib. Nəşrin “I Avropa Oyunları: Azərbaycanın zəfəri” bölümündə bildirilir ki, 2015-ci il Azərbaycan tarixində beynəlxalq miqyasda növbəti uğurla - birinci Avropa Oyunlarının keçirilməsi ilə yadda qaldı: “Avropa tarixində ilk dəfə təşkil olunan bu qitəmiqyaslı mötəbər yarış özünün təşkilinə görə qlobal miqyaslı yay olimpiadaları səviyyəsində gerçəkləşdi”.
Nəşrdə Prezident İlham Əliyevin xüsusi diqqəti, Azərbaycanın birinci xanımı, “Bakı 2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçirildiyi qeyd edilir. Təsadüfi deyil ki, birinci Avropa Oyunlarının əhəmiyyəti və təşkili səviyyəsi Avropa Olimpiya Komitəsinin prezidenti başda olmaqla beynəlxalq idman ictimaiyyətinin ali nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. “Beləliklə, I Avropa Oyunları Azərbaycanın nəinki idman, eləcə də informasiya, iqtisadi və mədəni sahələrdə də möhtəşəm zəfəri kimi 2015-ci ilin uğurları sırasında yer almışdır”, - deyə nəşrdə qeyd olunur.
Buraxılışın “Heydər Əliyev irsi: Azərbaycan müasir dünyada”, “Yeni Azərbaycan Partiyasının uğurlu layihələri”, “YAP beynəlxalq əlaqələr müstəvisində”, “YAP Qadınlar Şurasının fəaliyyəti” və “YAP Gənclər Birliyi: gəncliyin avanqard qüvvəsi” bölümlərində 2015-ci il ərzində Yeni Azərbaycan Partiyasının müxtəlif sahələr üzrə genişmiqyaslı fəaliyyəti əksini tapıb. Eyni zamanda, “Milli Məclisə seçkilər: Yeni Azərbaycan Partiyasının növbəti uğuru” bölümündə partiyanın həyata keçirdiyi seçki kampaniyası barədə ətraflı məlumat verilir. Bildirilir ki, kampaniya müddətində “Yeni hədəflərə doğru” şüarı altında seçicilərlə çoxsaylı görüşlər keçirilib, cəmiyyəti narahat edən məsələlər yaxından öyrənilib, ölkəmizdə qanunvericilik institutunun gələcək inkişafı ilə bağlı Yeni Azərbaycan Partiyasının seçki proqramı əhaliyə geniş izah edilib: “Seçkilərə hazırlığın gedişində Yeni Azərbaycan Partiyası bütün bölgələrdə çoxsaylı seminar və treninqlər təşkil edərək, seçki maarifləndirilməsi istiqamətində mühüm addımlar atmışdır. Beləliklə, bu mühüm siyasi kampaniyanın sonunda keçirilən azad, demokratik və şəffaf seçkilərlə partiyamız növbəti dəfə inamlı və parlaq qələbə qazandı və Milli Məclisdə 71 mandat əldə etdi”.
“Yeni Azərbaycan Partiyası – 2015” buraxılışında həmçinin, Ümummilli lider Heydər Əliyevin ideyalarının təbliği istiqamətində görülən işlər, ötən il ərzində partiyanın həyata keçirdiyi layihələr barədə əhatəli məlumat verilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
22 Avqust 21:34
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55
Gündəm
21 Avqust 15:50
Elm
21 Avqust 15:25
Mədəniyyət
21 Avqust 14:48
Dünya
21 Avqust 13:58
Gündəm
21 Avqust 13:38
Dünya
21 Avqust 13:38
Siyasət
21 Avqust 12:48
İqtisadiyyat
21 Avqust 11:58
Sosial
21 Avqust 11:48
Analitik
21 Avqust 11:38
Analitik
21 Avqust 11:30
Analitik
21 Avqust 11:10
İqtisadiyyat
21 Avqust 10:45
İqtisadiyyat
21 Avqust 10:15
İqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37

