/ / Yasamalda Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Yasamalda Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
05.05.2016 [09:59]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov müasir müstəqil dövlətimizin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin müasir Azərbaycan tarixindəki rolu, demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu islahatlar barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Ümummilli liderimizin apardığı siyasət nəticəsində Azərbaycan dünyada qüdrətli dövlətlərdən birinə çevrilib.
Natiq onu da əlavə edib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, qazandığı böyük nailiyyətlər Ulu öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin Sədri olduğu YAP-ın fəaliyyəti ilə bilavasitə bağlıdır: “Ulu öndər Heydər Əliyevin ideyaları əsasında fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub”.
Çıxış edən YAP Siyasi Şurasının üzvü İradə Hüseynova Ümummilli lider Heydər Əliyevin istər sovet, istərsə də müstəqillik dövrümüzdə Azərbaycanın inkişafı ilə bağlı gördüyü işlərdən danışıb. Diqqətə çatdırılıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyətinin nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikasıdır. Natiq söyləyib ki, Ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir.
Sonra çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Ulu öndər Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, möhkəmlənməsində və beynəlxalq aləmdə tanınmasında müstəsna xidmətlərindən danışıb. Bildirilib ki, Ulu öndərin fəaliyyəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas olub, ağır iqtisadi durumdan sürətli inkişaf yoluna çıxıb, dünya dövlətləri içərisində tanınan və beynəlxalq tədbirlərə ev sahibliyi edən bir ölkəyə çevrilib.
Tədbirdə çıxış edən Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev bildirib ki, Azərbaycanın bugünkü uğurları Heydər Əliyev siyasətinin təntənəsidir. O, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, habelə beynəlxalq əlaqələrində ciddi dönüşün yarandığını diqqətə çatdırıb. Ulu öndərin işləyib hazırladığı sosial-iqtisadi strategiyanın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, nəticədə Azərbaycanın regionun ən qüdrətli ölkəsinə çevrildiyini deyib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

