Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağstafa rayon təşkilatının VIII konfransına hazırlıq işləri davam edir

YAP Ağstafa rayon təşkilatının VIII konfransına hazırlıq işləri davam edir

01.02.2017 [10:25]

Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının VIII konfransına hazırlıq işləri çərçivəsində ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. Növbəti hesabat-seçki yığıncağı YAP Ağstafa rayon təşkilatı Aşağı Göycəli kənd və Dağkəsəmən kənd ərazi ilk partiya təşkilatlarında keçirilib. Yığıncaqlarda YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov iştirak edib.
Aşağı Göycəli kənd ərazi ilk partiya təşkilatının sədri Elşən İsmayılov hesabat məruzəsi ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzində fəaliyyəti barədə geniş məlumat verib. Məruzə ətrafında çıxış edən partiya üzvləri keçən müddət ərzində görülən işlərdən danışaraq hesabat məruzəsini qənaətbəxş qiymətləndirdiklərini bildiriblər. Sonra təşkilati məsələlər müzakirə edilib və Elşən İsmayılov yenidən Aşağı Göycəli kənd ərazi ilk partiya təşkilatının sədri seçilib. Həmçinin YAP Ağstafa rayon təşkilatının VIII konfransına üç nəfər nümayəndə seçilib.
Dağ Kəsəmən kənd ərazi ilk partiya təşkilatının hesabat-seçki yığıncağında isə təşkilatın sədri Şahlar Şıxməmmədov hesabat məruzəsi ilə çıxış edərək ilk təşkilatın fəaliyyəti haqqında məruzə edib. Məruzədən sonra hesabat qənaətbəxş qiymətləndirilib. Sonra Şahlar Şıxməmmədov yenidən təşkilata sədr seçilib. 12 nəfər YAP Ağstafa rayon təşkilatının VIII konfransına nümayəndə seçilib.
Qeyd edək ki, hər iki ərazi ilk partiya təşkilatının yığıncağında YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov çıxış edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb.

Paylaş:
Baxılıb: 953 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30