YAP Gənclər Birliyi Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirib
23.02.2017 [10:08]
Tədbirdə “Xocalı” musiqili kompozisiyası da təqdim olunub
Fevralın 22-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov bildirib ki, Azərbaycan gəncliyi heç vaxt Xocalı soyqırımını unutmayacaq. Onun sözlərinə görə, gənclərimiz keçirdikləri müxtəlif aksiyalar vasitəsilə bu qətliamın ermənilər tərəfindən azərbaycanlıları soyqırımına məruz qoymaq məqsədilə törədildiyini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar. Bu istiqamətdə işlər ilboyu davam etdiriləcək.
Daha sonra “Xocalı” musiqili kompozisiyası təqdim olunub.
Tədbirdə çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev bildirib ki, Xocalı faciəsi bəşər tarixinin ən qanlı səhifələrindən biridir: “Ermənilər Qarabağın digər ərazilərində də qətliamlar törətmişdilər. Amma miqyası baxımından Xocalı faciəsi onların ən dəhşətlisi idi. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə 1988-ci ilə, yəni Ermənistan-Azərbaycan münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf etdi. Həmin illərdə erməniləri silah-sursatla tam təmin edən, onlara canlı qüvvə ilə kömək göstərən imperiya dairələri azərbaycanlılarda olan ov tüfəngini zorla yığırdılar. O dövrdə Azərbaycanda rəhbərlikdə olanlar isə Kremlin əmrlərindən çıxa bilmirdi. Məhz belə bir vəziyyətdə Xocalı soyqırımı baş verdi”.
Çıxış edən millət vəkili Flora Qasımova bildirib ki, bu gün Ermənistana rəhbərlik edən şəxslər Xocalı qətliamında əli olan cinayətkarlardır: “Həmin hadisəni törədən cinayətkarların kimliyi məlumdur. Onların bir neçəsi bu gün Ermənistan dövlətinin rəhbərliyində təmsil olunur. Ona görə də, təsadüfi deyil ki, terrorizm Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Biz çalışmalyıq ki, bu cinayətkarlar törətdikləri qətliamlara görə məhkəmə qarşısında cavab versinlər”.
YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov çıxışında bildirib ki, istər Xocalı soyqırımının dünyada tanınması, istər Azərbaycanın torpaqlarının işğaldan azad olunması, istərsə də qaçqın və məcburi köçkünlərimizin hüquqlarının bərpası məsələsi dövlətimiz tərəfindən başlıca məsələ kimi diqqətdə saxlanılır və bu problemlərin həlli yönündə siyasət davam etdirilir: “Xüsusilə qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun təşəbbüsləri təqdirəlayiqdir. Fondun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər nəticəsində dünyanın 10-a yaxın dövləti, eləcə də ABŞ-ın 20-dən artıq ştatı və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb, bu soyqırımı pisləyən qətnamə qəbul ediblər”.
Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Xocalı soyqırımının dünyada tanınması istiqamətində aparılan təbliğat işləri müsbət nəticələrini verməkdədir: “Fikrimcə, biz gələcəkdə daha çox ölkələrin bu faciəni soyqırımı kimi tanımasının şahidi olacağıq”.
Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınmasında mətbuatın da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən baş redaktor bu istiqamətdə də işlərin ardıcıl olaraq davam etdirildiyini diqqətə çatdırıb: “1990-cı illərin əvvəllərində necə ki Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız işğal olunmuşdu, eyni zamanda, informasiya məkanımıza da təcavüz olunmuşdu, Azərbaycan informasiya blokadasına salınmışdı. Yəni informasiyanın dünyaya çatdırılmasında biz Ermənistandan geri qalırdıq. Ermənistanın təbliğat maşını bizdən güclü işləyirdi. Amma bu gün vəziyyət dəyişib, aparılan məqsədyönlü siyasət nəticəsində artıq informasiya, təbliğat baxımından düşmənlərimizi üstələmişik. İnanıram ki, torpaqlarımızın işğaldan tam şəkildə azad olunacağı gün uzaqda deyil”.
Tədbirdə təqdim olunan musiqili kompozisiyanın mükəmməl hazırlandığını söyləyən B.Quliyev bu işdə əməyi olanlara təşəkkürünü bildirib.
Tədbirdə həmçinin YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və “Xocalı” musiqili kompozisiyasının ifaçısı, müğənni Bahar Lətifqızı çıxış edərək Xocalının Azərbaycan xalqının qan yaddaşı olduğunu bildiriblər. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən Xocalı soyqırımının tanıdılması istiqamətində görülən işlər təqdirəlayiqdir. Tədbirdə bütün çıxış edənlər Azərbaycan gəncliyinin yüksək vətənpərvərlik hissinə sahib olduğunu vurğulayaraq Ali Baş Komandanımızın əmri ilə gənclərimizin torpaqlarımızı işğaldan azad etməyə hazır olduqlarını qeyd ediblər.
Tədbir Xocalı soyqırımı haqqında şeirin səsləndirilməsi ilə başa çatıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

