Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının XI konfransı keçirilib
14.04.2017 [09:24]
Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatının XI konfransı keçirilib. Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin adını daşıyan parka gələrək, Ümummilli liderin abidəsi önünə əklil və gül dəstələri qoyublar. YAP Balakən rayon təşkilatının konfransını giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, təşkilatın sədri Azad Balayev deyib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürmüşdür. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir. Onun sözlərinə görə, yarandığı ilk gündən YAP ölkəmizin siyasi səhnəsində uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə öz prinsiplərinə sadiqliyini nümayiş etdirir.
Azad Balayev hesabat dövründə qeydə alınan bir sıra statistik məlumatları diqqətə çatdırıb. Qeyd edib ki, ötən müddət ərzində YAP Balakən rayon təşkilatı böyük inkişaf yolu keçmişdir. YAP Balakən rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcəkdir.
Konfransda məruzə ətrafında çıxışlar olub. Çıxış edənlər YAP Balakən rayon təşkilatının XI konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.
Konfransda daha sonra YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Milli Məclisin deputatlarından Kamilə Əliyeva, Nəsib Məhəməliyev və rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək YAP-ın yaranma tarixi, partiyanın əldə etdiyi böyük nailiyyətlər və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs ediblər.
Konfransda təşkilatın ötən hesabat dövründə fəaliyyəti müsbət qiymətləndirilib, rayon təşkilatının 39 nəfər tərkibdə yeni Şurası və 17 nəfərdən ibarət İdarə Heyəti, eləcə də nəzarət-təftiş qrupu seçilib. Azad Balayev yenidən YAP Balakən rayon təşkilatının sədri seçilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04

