Ulu öndər Heydər Əliyev irsinin öyrədilməsi məqsədilə xüsusi dərslər davam etdirilir
20.04.2017 [09:19]
Bu istiqamətdə növbəti tədbir YAP Nərimanov rayon təşkilatında keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatında müasir Azərbaycan tarixinin və Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə dərslərin yekununa dair tədbir keçirilib. Tədbirdə Nərimanov rayon İcra Hakimiyyətinin başçısının müavinləri İradə Mahmudova, İlqar Mirzəyev və YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, bu dərslər Heydər Əliyev irsinin qorunması və gənc nəsil arasında azərbaycançılıq ideologiyasının təbliği məqsədi daşıyır. O cümlədən bu dərslər gənc nəslə Ulu öndər Heydər Əliyevin zəngin ideyalarının yeni üsul və metodlarla çatdırılması, dahi şəxsiyyətin irsinin dövlətçilik, azərbaycançılıq konsepsiyasını, idarəçiliyini öyrənmək, öyrətmək, təbliğ etmək məqsədilə keçirilir. “Heydər Əliyevin irsi böyük bir elmi məktəbdir, möhkəm təməldir, inkişafımız və gələcəyimiz üçün əsasdır. Bu gün bütün sahələrdə, Azərbaycan reallıqlarında Heydər Əliyevin irsini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Məhz Ulu öndərimiz tərəfindən dövlətimizin ideoloji əsasları formalaşdırılıb”, - deyə çıxışlarda qeyd olunub.
Dərslərin tədrisi zamanı Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilib, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı məlumat verilib. Bu dərslərdə həyat və fəaliyyətini xalqının xöşbəxtliyinə həsr etmiş Ümummilli lider Heydər Əliyevin mənalı ömür yolundan bəhs olunub, Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü nəhəng işlər ətraflı təhlil edilib, ölkə həyatının bütün sahələrində qazanılan nailiyyətlər konkret faktlarla diqqətə çatdırılıb.
Tədbirin yekununda təhsildə əldə etdiyi nailiyyətlərə, nümunəvi nizam-intizamına, həyata keçirilən layihələrdə fəal iştirakına görə bir qrup şagird və müəllim fəxri fərmanlarla təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10

