YAP Nizami rayon təşkilatının IX konfransı keçirilib
27.04.2017 [09:59]
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının IX konfransı keçirilib. Konfrans iştirakçıları öncə Heydər Əliyev adına Neft Emalı Zavodunda Ulu öndər Heydər Əliyevin abidəsinin önünə gül dəstələri düzüblər.
Dövlət himninin səsləndirilməsilə başlanan konfransda YAP-ın yaradıcısı Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra VIII konfransdan ötən müddət ərzində görülmüş işlərə dair hesabat videosu nümayiş etdirilib. Hesabatda bildirilib ki, bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiyadır. Sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası cəmiyyətdə özünəməxsus aparıcı yer tutub. YAP-ın rayon təşkilatlarından olan Nizami rayon təşkilatının da partiyanın əldə etdiyi nailiyyətlərdə öz payı var. Belə ki, partiyamızım bir parçası olan YAP Nizami rayon təşkilatı da rayonun bütün sahələrində yüksək aktivlik nümayiş etdirməklə, insanların partiyaya və dövlətçiliyə olan münasibətlərinin ifadəçisinə çevrilib.
Daha sonra YAP Nizami rayon təşkilatının yaranma tarixi barədə tədbir iştirakçılarına məlumat verilib.
Hesabatla bağlı çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, YAP Nizami rayon təşkilatının İdarə Heyətinin üzvü Dünyamalı Pənahov, rayon Rus İcmasının sədri Vitali Kovalyov və başqaları ötən müddət ərzində rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.
Sonra YAP Siyasi Şurasının üzvü, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək bildiriblər ki, Yeni Azərbaycan Partiyası bütün Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq yaranmış bir partiyadır.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sədaqət Vəliyeva yenidən YAP Nizami rayon təşkilatının sədri, Gülnaz İsrafilova, Ramin Əhmədov və Toğrul Seyidov sədrin müavinləri seçiliblər. Həmçinin 77 nəfərdən ibarət Şura, 19 nəfərdən ibarət İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupunun üzvləri müəyyənləşdirilib.
Təşkilati məsələlərdən sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva qeyd edib ki, Ümummilli liderimiz Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsində xidmətləri əvəzsiz olmuş və bundan sonra da yüksək olacaq: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin doğma, müstəqil ölkəmizin tərəqqisi, inkişafı, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması yolunda həyata keçirdiyi genişmiqyaslı tədbirlər, onun real nəticələri partiyanın hər bir üzvü qarşısında daha məsul vəzifələr qoyur. Qəlbimizdə daim yaşayacaq Ulu öndər Heydər Əliyevin layiqli davamçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək müstəqilliyimizin əbədiləşdirilməsi yolunda rayon təşkilatının hər bir üzvü öz səy və bacarığını əsirgəməyəcək”.
Sonda konfransın qətnaməsi qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

