Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X konfransı keçirilib
25.05.2017 [09:42]
Mayın 24-də Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının X konfransı keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin Xırdalan şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Heydər Əliyev Mərkəzinin akt zalında davam edən konfrans Yeni Azərbaycan Partiyasının yaranmasını və fəaliyyətini əks etdirən videoçarxın nümayiş ilə başlayıb.
Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı olduğu kimi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının yaradıcısıdır. Ümummilli liderin nurlu zəkasından yaranan və Prezident İlham Əliyevin müdrik və qətiyyətli fəaliyyəti ilə güclənən Yeni Azərbaycan Partiyası ölkəmizin qurtuluş simvoluna, tərəqqi rəmzinə çevrilib. Bu gün YAP Azərbaycan xalqı tərəfindən dəstəklənən, böyük nüfuza malik olan qüdrətli siyasi qüvvədir. Yeni Azərbaycan Partiyası öz ətrafında xalqımızın qabaqcıl ziyalılarını, intellektual potensialını birləşdirmək baxımından cəmiyyətin alternativsiz partiyasıdır.
Məruzədə qeyd edilib ki, partiyanın Abşeron rayon təşkilatı respublikada ilk yaranmış təşkilatlardandır. 1993-cü ilin fevral ayının 22-də təsis olunan, 8000 nəfərdən çox partiya üzvünü və 122 ərazi ilk partiya təşkilatını birləşdirən Abşeron rayon təşkilatı sıralarını ildən-ilə genişləndirir. Rayon təşkilatının üzvləri arasında qadınlar və gənclər üstünlük təşkil edir.
Sonra Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib.
Daha sonra konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova çıxış edib. B.Muradova qeyd edib ki, Yeni Azərbaycan Partiyası ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında siyasi flaqman rolunu öhdəsinə götürüb. YAP Azərbaycan siyasi palitrasında milli siyasi iradəni təmsil edən avanqard siyasi qüvvə olaraq xalqımızın ali mənafeyini özünün fəaliyyəti boyu dolğun ifadə etməkdədir.
YAP Siyasi Şurasının üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, YAP Abşeron rayon Qadınlar Şurasının sədri Təyyubə Hüseynova, YAP Abşeron rayon təşkilatının Gənclər Birliyinin sədri Elgün Hümbətov Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatındakı rolu, keçdiyi inkişaf yolu, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlarda iştirakı barədə geniş söz açıblar.
Partiyanın Abşeron rayon təşkilatının X konfransının qətnamə layihəsi oxunaraq təsdiq edilib və təşkilati məsələlər müzakirə olunub.
Rayon təşkilatının yeni Şurası, İdarə Heyəti, eləcə də Nəzarət-Təftiş Qrupu seçilib. Bilman Vəliyev yenidən YAP Abşeron rayon təşkilatının sədri seçilib.
Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

