YAP Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib
23.06.2017 [09:29]
İyunun 22-də Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının VIII konfransı keçirilib.
Tədbir iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər.
Konfransda YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov hesabat məruzəsi ilə çıxış edib. YAP-ın keçdiyi zəngin inkişaf yolundan danışan Ramiz Tatarov qeyd edib ki, YAP Ağstafa rayon təşkilatı ötən dövrdə sıralarını xeyli genişləndirib. Bildirilib ki, YAP Ağstafa rayon təşkilatı partiyanın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən bundan sonra da ləyaqətlə gələcək. Ramiz Tatarov vurğulayıb ki, YAP Ağstafa rayon təşkilatı partiyanın V qurultayında qəbul edilmiş qərarların, eləcə də İdarə Heyətinin qərarlarının icrasını daim yüksək səviyyədə həyata keçirib.
Ramiz Tatarov nəzərə çatdırıb ki, rəhbəri olduğu rayon təşkilatı hər zaman öz nümunəvi fəaliyyəti ilə fərqlənməyə çalışıb, 2015-ci ildə keçirilmiş parlament seçkilərində və 2016-cı ildə Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumda üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib.
Sonra Nəzarət-Təftiş Qrupunun hesabatı dinlənilib.
Konfransda çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin komitə sədri Hadi Rəcəbli bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza malik olan partiyadır. Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə zəngin şərəfli yol keçib. YAP Heydər Əliyev siyasətinin avanqard qüvvəsi kimi, xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Həyat çoxdan sübuta yetirib ki, Ulu öndər Heydər Əliyevin zəngin siyasi və dövlətçilik təcrübəsinə əsaslanan Yeni Azərbaycan Partiyası ölkəmizdə ən güclü, ən monolit siyasi təşkilatdır və ictimai nüfuzuna görə onunla müqayisə edilə biləcək digər partiya mövcud deyil.
Çıxış edən YAP Mərkəzi Aparatının məsul işçisi Rafael Gülməmmədov bildirib ki, YAP Azərbaycanın ictimai-siyasi həyatına qurucu partiya kimi daxil olmaqla həyatın bütün sahələrinə yeni ruh, yeni nəfəs gətirdi. Onun sözlərinə görə, yarandığı gündən partiyanın xalq arasında siyasi nüfuzu, siyasi gücü artdı, inkişafımızın bütün sahələrinə təsir etmək qabiliyyəti yüksəldi.
Çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev isə vurğulayıb ki, YAP Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla, ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Bildirib ki, ötən dövrdə çətin və şərəfli yol keçən YAP-ın təməli möhkəm və əzəmətlidir.
Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş Ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, partiyanın böyük siyasi güc kimi cəmiyyətimizdəki mövqeyindən bəhs edib.
Konfransda çıxış edən rayon təşkilatının üzvləri hesabat məruzəsini qənaətbəxş qiymətləndiriblər.
Konfransda təşkilati məsələlərə baxılıb, Ramiz Tatarov yenidən YAP Ağstafa rayon təşkilatının sədri seçilib. Konfransda həmçinin yeni tərkibdə rayon təşkilatının Şurası və İdarə Heyəti, eləcə də Nəzarət-təftiş qrupu seçilib.
Sonda YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20

