Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Tovuz rayon təşkilatının yaradılmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

YAP Tovuz rayon təşkilatının yaradılmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib

26.07.2017 [09:03]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının yaradılmasının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib. Tədbiri rayon İcra Hakimiyyətinin başçısı, YAP Tovuz rayon təşkilatı İdarə Heyətinin üzvü Tofiq Zeynalov açaraq Tovuz rayonunda Ulu öndər Heydər Əliyevin ideyalarının həyata keçirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. T.Zeynalov onu da əlavə edib ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən inkişaf siyasətinin nəticəsi olaraq bu gün Azərbaycanın bütün şəhər və rayonları böyük inkişaf yolu keçib, bölgələrimizin siması əsaslı şəkildə müasirləşib, gözəlləşib. Respublikamızda həyata keçirilən iqtisadi inkişaf strategiyasının möhtəşəm nəticələri Tovuz rayonunun inkişafında da özünü aydın şəkildə göstərir.
Sonra YAP Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov ötən 24 ildə rayon təşkilatının keçdiyi inkişaf yoluna nəzər salıb, əldə olunan uğurlarla bağlı ətraflı məlumat verib. O, rayon təşkilatının rayonun ictimai-siyasi həyatındakı rolu, siyasi kampaniyalardakı uğurları, həmçinin YAP-ın qərar və göstərişlərinin həyata keçirilməsi yönümündə təşkilatın gördüyü işlər barədə məruzə edib.
Tədbirdə çıxış edən digər natiqlər də ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və inkişafında misilsiz rolundan danışıb, hazırda partiyamızın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı əsaslı nailiyyətlərdən, dünya miqyasında qüdrətli ölkəyə çevrilməsindən ətraflı bəhs ediblər.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup YAP üzvlərinə fəxri fərmanlar, qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni daxil olmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.

Paylaş:
Baxılıb: 1161 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30