YAP Sədərək rayon təşkilatının şura iclası keçirilib
03.08.2017 [09:59]
Yeni Azərbaycan Partiyası (YAP) Sədərək rayon təşkilatının şura iclası keçirilib. İclasda cari ilin birinci yarısında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov məruzə edib.
Partiyanın yarandığı tarixi şəraitdən, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışan A.Qasımov Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış uğurlardan ətraflı bəhs edib. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası xalqın istək və arzularının ifadəsi kimi tarixi zərurətdən yaranıb. A.Qasımov əlavə edib ki, bu gün cəmiyyətimizin bütün təbəqələrindən olan insanlar Yeni Azərbaycan Partiyasına üz tuturlar. Onun sözlərinə görə, ümumxalq partiyası olan Yeni Azərbaycan Partiyasının əldə etdiyi çoxsaylı nailiyyətlər Azərbaycanın inkişafında özünəməxsus yer tutur. YAP-ın qazandığı uğurlar partiyanın yüksək nüfuzu və səmərəli fəaliyyətini göstərir.
Rayon təşkilatının sədri Arif Qasımov onu da vurğulayıb ki, YAP Sədərək rayon təşkilatı öz işini Yeni Azərbaycan Partiyası V qurultayının və partiyanın Naxçıvan Muxtar Respublika Təşkilatının V konfransının qərarlarının yerinə yetirilməsi istiqamətində, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı siyasi şurasının 2017-ci il 16 mart tarixli iclasının tələblərinə uyğun quraraq fəaliyyətini uğurla davam etdirir. 2017-ci ilin birinci yarımillik hesabat dövründə YAP Sədərək rayon təşkilatında üzvlərin ümumi sayı 1487 nəfərə çatıb. Onlardan qadınlar 280 nəfər, gənclər 382 nəfər olub. Birinci yarımillik ərzində partiya sıralarına 21 nəfər qəbul edilib. Qəbul edilənlərin ümumi tərkibində qadınlar 6 nəfər, gənclər 18 nəfər təşkil edir. Bütövlükdə, hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası Sədərək rayon təşkilatında 2 şura, 6 idarə heyətinin yığıncağı keçirilib.
Sonra Sədərək rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Həbib İbrahimov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası Azərbaycanı mürəkkəb vəziyyətdən xilas etdi, ölkəmiz müstəqilliyini itirmək təhlükəsindən xilas olub inkişaf yoluna qədəm qoydu. “Ümummilli liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildi. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti həm ölkəmizin inkişafını təmin edib, həm də Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edilir”.
YAP Sədərək rayon təşkilatının öz işini uğurla davam etdirdiyini diqqətə çatdıran H.İbrahimov əlavə edib ki, rayon təşkilatının üzvləri 2017-ci ildə rayonda aparılan abadlıq-quruculuq və yaşıllaşdırma tədbirlərində fəal iştirak ediblər.
Tədbirdə həmçinin rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Əliyeva, YAP Sədərək rayon təşkilatı Gənclər Birliyinin sədri Polad Rzazadə, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədr müavini Gülnarə Hüseynova və Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev çıxış edərək partiyanın rayon təşkilatının fəaliyyətindən və qarşıda duran vəzifələrdən danışıblar.
Arif ƏSƏDOV
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

