Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şəmkir rayon təşkilatı ərazi ilk partiya təşkilatında tədbir keçirib

YAP Şəmkir rayon təşkilatı ərazi ilk partiya təşkilatında tədbir keçirib

27.09.2017 [10:13]

Yeni Azərbaycan Partiyası (YAP) Şəmkir rayon təşkilatının Suvarma Sistemləri idarəsi ilk partiya təşkilatında YAP-ın yaradılmasının 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri ilk partiya təşkilatının sədri Sahib Quliyev açaraq YAP-ın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edib, onun yaradılmasını isə tarixi zərurətdən doğmuş böyük tarixi hadisə kimi dəyərləndirib.
Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin ideyalarını, uğurlu daxili və xarici siyasətini inamla davam etdirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın onilliklərə bərabər böyük bir inkişaf yolu keçdiyini, günü-gündən sıraları durmadan genişlənən YAP-ın cəmiyyətdəki alternativsiz qüvvə statusunu möhkəmləndirdiyini vurğulayaraq, onun güclü siyasi partiya kimi özünü təsdiqləməsinin dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini söyləyib.
Tədbirdə YAP Şəmkir rayon təşkilatı Şurasının üzvü İqbal Əliyev və digərləri çıxış edərək partiyanın cəmiyyətin inkişafına yönəlmiş çoxsaylı sosial layihələr reallaşdırdığını, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın dünyanın güclü dövlətinə çevrildiyini xüsusilə vurğulayıblar.

Paylaş:
Baxılıb: 843 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30