Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Xızıda YAP-ın yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

Xızıda YAP-ın yaradılmasının 25-ci ildönümü ilə bağlı tədbir keçirilib

28.10.2017 [00:16]

Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü ilə bağlı YAP Xızı rayon təşkilatında tədbir keçirilib. Tədbirdə çıxış edən YAP Xızı rayon təşkilatının sədri Fərrux Haqverdiyev bildirib ki, bu günlər ölkənin hər yerində Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü qeyd olunur. Onun sözlərinə görə, Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi nəcib amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib.
F.Haqverdiyev Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 25 illik tarixi yoldan, ötən müddət ərzində Azərbaycan dövlətinin daha da qüdrətlənməsindən, sosial-iqtisadi, siyasi, mədəni həyatımızda əldə olunan misilsiz uğurlu nəticələrin bu gün partiyanın Sədri, Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində yeni-yeni uğurlara yol açmasından danışıb.
Sonra çıxış edən YAP Xızı rayon təşkilatı Qadınlar Şurasının sədri Jalə Süleymanova, YAP Xızı rayon təşkilatı Gənclər Birliyinin üzvü İman Ağayev və rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Yeni Azərbaycan Partiyasının təsis olunduğu gündən şərəfli bir yol keçməsindən, cəmiyyətin əsas aparıcı siyasi təşkilatına çevrilməsindən və partiyanın cəmiyyətdə rolundan danışıblar.

Paylaş:
Baxılıb: 830 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30