/ / YAP Mingəçevir şəhər təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir
YAP Mingəçevir şəhər təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirir
01.11.2017 [10:14]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 25-ci ildönümü münasibəti ilə YAP Mingəçevir şəhər təşkilatının 33 saylı “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC üzrə ərazi ilk partiya təşkilatında yığıncaq keçirilib. YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov tədbirdə YAP-ın fəaliyyətindən danışaraq bildirib ki, 25 il əvvəl Azərbaycandakı ağır durum yeni siyasi təşkilatın yaranma zərurətini meydana gətirdi. Onun sözlərinə görə, YAP qısa zaman ərzində ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilata çevrildi. C.Yusubov deyib ki, bu gün artıq partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən güclü siyasi qüvvəsinə çevrilib.
33 saylı “AzİES” MMC üzrə ərazi ilk partiya təşkilatının sədri, “AzİES” MMC-nin baş mühəndisi Təhmasib Hüseynov çıxışında bildirib ki, tarixi zərurətdən yaranmış Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır və milli maraqların keşiyində layiqincə dayanır: “YAP-ın Mingəçevir şəhər təşkilatının 33 saylı ərazi ilk partiyasının yerləşdiyi “AzİES” MMC bu gün Azərbaycan energetikasının flaqmanıdır. Ölkənin elektrik enerjisinin 70%-ni istehsal edir. Kollektivimiz planda duran istehsal göstəricilərini yerinə yetirməklə yanaşı, həm də şəhərimizin və eyni zamanda, respublikamızın bütün ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində fəal iştirak edir”.
Sonda 33 saylı “AzİES” MMC üzrə ərazi ilk partiya təşkilatının Gənclər Birliyinin sədri, “AzİES” MMC-nin şöbə müdiri Emin Paşayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası həm də gəncliyin partiyasıdır. YAP yarandığı gündən qısa zaman kəsiyində ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən gəncləri öz ətrafında birləşdirən, mükəmməl qurulmuş siyasi sistemə çevrilib.
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

