/ / YAP Tovuz rayon təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi böyük təntənə ilə qeyd edilib
YAP Tovuz rayon təşkilatında Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi böyük təntənə ilə qeyd edilib
08.11.2017 [09:46]
Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 25-ci ildönümü ilə əlaqədar YAP Tovuz rayon təşkilatı təntənəli tədbir keçirib. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanındakı abidəsini ziyarət edib, abidənin önünə gül-çiçək dəstələri qoyublar.
Mədəniyyət evində davam edən yubiley tədbirində rayon təşkilatının sədri Məzahir Bayramov partiyanın yaranma tarixi, keçdiyi yol və uğurları barədə geniş məruzə ilə çıxış edib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Azərbaycanda yeganə partiyadır ki, xalqın istəyi ilə və xalqın Heydər Əliyevə olan sevgisindən yaranıb. YAP-ı güclü partiyaya xalqın gücü və Heydər Əliyevin böyük şəxsiyyəti çevirib. M.Bayramov deyib ki, partiyamızın tarixi və onun keçdiyi çətin və şərəfli yol göstərdi ki, bu partiyanın təməl daşlarını qoyanlar yeni müstəqil dövlətimizin siyasi-iqtisadi, sosial-mədəni inkişafının istiqamətini müəyyən etməkdə öz seçimlərində, düşüncə və əməllərində tam haqlı olublar.
Daha sonra YAP Tovuz rayon təşkilatının sədri vurğulayıb ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının üzvləri, bütövlükdə Azərbaycan xalqı Ulu öndərimiz Heydər Əliyevin xəttinə, Heydər Əliyev şəxsiyyətinə və siyasətinə sədaqətdə dönməzdir.
Tədbirdə çıxış edən YAP Tovuz rayon təşkilatı Gənclər Birliyinin sədri Nihad Pənahov, Qadınlar Şurasının sədri Aybəniz Dəmirova, partiya veteranı Vilayət Həsənov partiyanın yaranmasından ötən 25 ildə əldə olunan uğurlardan və ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, partiya fəaliyyətində qadınların iştirakına xüsusi önəm verilməsindən, onların hər zaman siyasi mübarizənin önündə getməyə hazır olmalarından bəhs ediblər.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatı İdarə Heyətinin üzvü Tofiq Zeynalov bildirib ki, Yeni Azərbaycan Partiyasının güclü siyasi təşkilat kimi formalaşması, ölkəmizin içtimai-siyasi həyatında iqtidar partiyası kimi aparıcı yer tutması dövrün məntiqi reallığı idi. Heydər Əliyev siyasi baxışlarından və siyasi fəlsəfəsindən səmərəli şəkildə bəhrələnməsi partiyanın qələbələr qazanmasını şərtləndirirdi. Bu gün də YAP möhtərəm Prezidentimiz, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlar qazanır. Partiyamız ölkənin bugünkü sürətli inkişafında, respublikanın beynəlxalq nüfuzunun artmasında bütün sahələrdə əldə olunan tərəqqidə xüsusi rola malikdir. Ulu öndərimiz Heydər Əliyevin və cənab Prezidentin siyasətinə sadiq olan tovuzlular bundan sonra da bu yola sədaqətlə xidmət göstərəcəklər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvlərinə fəxri fərman və qiymətli hədiyyələr verilib, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30

