Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şamaxıda Yeni Azərbaycan Partiyası gənclərinin regional konfransı keçirilib

Şamaxıda Yeni Azərbaycan Partiyası gənclərinin regional konfransı keçirilib

14.11.2017 [10:30]

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşəbbüsü ilə Şamaxıda partiyanın yaradılmasının 25 illik yubileyinə həsr olunan gənclərin regional konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, regional konfransın iştirakçıları - Şamaxı, Qobustan, Ağsu, İsmayıllı, Kürdəmir, Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarından olan gənclər əvvəlcə şəhərin mərkəzində Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
Rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə dövlət himni səsləndirilib.
Şamaxı rayon İcra Hakimiyyəti başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova çıxış edərək Yeni Azərbaycan Partiyasının 25 ildə keçdiyi şanlı yola nəzər salıb, onun ölkəmizin sosial-iqtisadi və ictimai-mədəni həyatında oynadığı roldan danışıb. Vurğulayıb ki, 25 illik yubileyini qeyd edən Yeni Azərbaycan Partiyası bu gün sıralarında 700 mindən çox insanı birləşdirir. YAP 25 ildə keçdiyi şanlı mübarizə tarixində ümumxalq partiyası olduğunu təsdiqləyib.
Çıxış edən YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov bildirib ki, partiya fəallarının məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq respublikamızın hər yerində, o cümlədən Şamaxı rayonunda təşkilatın nüfuzu yüksəlib, sosial bazası xeyli güclənib.
Regional konfransda çıxış edən YAP Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın 25 ildə böyük siyasi qüvvəyə çevrildiyini, gənc üzvlərinin ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrində fəal iştirak etdiklərini söyləyib. Partiya üzvlərinin 40 faizini gənclərin təşkil etdiyini diqqətə çatdıran S.Orucov Gənclər Birliyinin gördüyü işlər, həyata keçirdiyi layihələr haqqında məlumat verib.
Vurğulanıb ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir. Bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir, Azərbaycan gəncliyinin sabahına daha inamla baxmağa əsas verir.
Regional konfransda partiyanın Qobustan, Ağsu, İsmayıllı, Kürdəmir, Göyçay, Ağdaş, Ucar və Zərdab rayonlarının nümayəndələri görülən işlərdən, həyata keçirilən tədbirlərdən, habelə qarşıda duran vəzifələrdən danışıblar.
Konfransda fəal gənclər fəxri fərmanlarla təltif olunublar.

Paylaş:
Baxılıb: 890 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30