Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Sumqayıt şəhər təşkilatının Şura iclası keçirilib

YAP Sumqayıt şəhər təşkilatının Şura iclası keçirilib

23.01.2018 [10:14]

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatının yeni istifadəyə verilmiş inzibati binasında rayon təşkilatının Şura iclası keçirilib. İclasda 2017-ci ildə görülən işlərə yekun vurulub, qarşıya qoyulmuş vəzifələrin icrası müzakirə olunub. YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ötən dövr ərzində təşkilat tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının Şura üzvü Zakir Fərəcov iclasda çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir. Partiyanın yaranmasından 25 il ötdüyünü vurğulayan Zakir Fərəcov Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycanın hərtərəfli inkişafı və müasirləşməsinin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə isə ölkəmizin dünya birliyində mövqelərinin möhkəmlənməsi işində əldə edilmiş uğurların məhz Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı olduğu və YAP Sumqayıt şəhər təşkilatının qarşısında duran vəzifələr haqqında ətraflı söz açıb.
Daha sonra çıxış edən YAP Sumqayıt şəhər təşkilatı sədrinin müavinləri Teymur Səmədov, Vəzirxan Ənsərov, Səkinə Sadıqova, YAP Sumqayıt şəhər təşkilatı Nəzarət-təftiş qrupunun sədri Akif Kərimov, YAP Sumqayıt şəhər təşkilatı Gənclər Birliyinin sədri Elvin Məmmədzadə və digərləri ötən dövr ərzində görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı fikirlərini bölüşüblər. Yekunda YAP sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
PƏRVİZ

Paylaş:
Baxılıb: 898 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30