Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağstafa rayonunun Poylu qəsəbəsində və Qıraq Kəsəmən kəndində seçicilərlə görüş keçirilib

Ağstafa rayonunun Poylu qəsəbəsində və Qıraq Kəsəmən kəndində seçicilərlə görüş keçirilib

29.03.2018 [10:30]

Aprelin 11-də keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Ağstafa rayonunun Poylu qəsəbəsində və Qıraq Kəsəmən kəndində seçicilərlə görüş keçirilib.
Görüşlərdə YAP Mərkəzi Seçki Qərargahının Ağstafa rayon şöbəsinin üzvləri Firdovsi Heydərli və Feruz Həsənov çıxış ediblər. Çıxışlarda partiyamızın namizədi, dövlət başçısı İlham Əliyevin son 15 ildə həyata keçirdiyi siyasətin uğurları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, cənab İlham Əliyev dövlət başçısı olaraq daim regionlara səfər edib və bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar mühüm qərarlar verib. Məhz bunun nəticəsində də Azərbaycanın bölgələri dinamik inkişaf edir. Natiqlər qeyd ediblər ki, 2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları sayəsində ölkənin hər bir guşəsi hərtərəfli inkişaf edib.
Bildirilib ki, Ağstafa rayonunda da quruculuq işləri böyük vüsət alıb. Ağstafalılar Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Çıxışçılar seçiciləri seçki günü fəal olmağa çağırıblar.
Görüşlərdə Sədaqət Rzaquliyeva, Tahir İbrahimov, Lətif Nağıyev, Oruc Hüseynov, Ələddin Qarayev, Kifayət Allahverdiyeva və başqaları çıxış edərək artıq seçimlərini etdiklərini və 11 apreldə cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Paylaş:
Baxılıb: 822 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30