Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Corat qəsəbəsinin seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

Corat qəsəbəsinin seçiciləri cənab İlham Əliyevə səs verəcəklər

31.03.2018 [09:41]

11 apreldə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla davam edir. YAP Sumqayıt şəhər təşkilatının kampaniya çərçivəsində Corat qəsəbəsində keçirilən növbəti görüşünü giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov bildirib ki, cənab İlham Əliyev xalqımızın alternativsiz lideridir: “Prezident İlham Əliyev Azərbaycanı qabaqcıl dünya ölkələrindən birinə çevirib. Ona bu işdə dəstək olmaq üçün hər bir azərbaycanlı 11 apreldə seçki məntəqələrinə gedərək cənab İlham Əliyevin növbəti müddətdə ölkəmizə rəhbərlik etməsi üçün səs verməlidir”.
Çıxış edən Milli Məclisin deputatı Mirzəcan Xəlilov əsası Ulu öndər tərəfindən qoyulmuş və bu gün cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkəmizin inkişafındakı rolundan danışıb.
Milli Məclisin deputatı Muxtar Babayev isə bildirib ki, bu gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycanda aparılan iqtisadi islahatlar nəticəsində istənilən sahədə, iqtisadi və sosial məsələlərin həllində gözəl nailiyyətlərimiz var. Millət vəkili onu da vurğulayıb ki, keçirilən görüşlərdəki yüksək əhval-ruhiyyə onu göstərir ki, ictimai-siyasi proseslərdə daim fəallıq göstərən vətəndaşlarımız bu seçkilərdə də yaxından iştirak edəcək və Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verəcəklər.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri Orucəli Allahverdiyev, Əvəz Mahmudov, Səkinə Sadıxova və başqaları bildiriblər ki, Sumqayıt seçiciləri hər zaman Ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqdirlər və seçki günü bütün seçicilərimiz cənab İlham Əliyevə səs verəcəklər.

Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30