Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şuşa rayon təşkilatında müşahidəçilər və məşvərətçilər üçün treninq keçirilib

YAP Şuşa rayon təşkilatında müşahidəçilər və məşvərətçilər üçün treninq keçirilib

04.04.2018 [10:13]

Yeni Azərbaycan Partiyası (YAP) Şuşa rayon təşkilatında 11 aprel 2018-ci il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar səsvermə günü müşahidə aparacaq müşahidəçilər və məşvərətçilərlə treninq keçirilib.
Treninqdə çıxış edən YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev prezident seçkilərinə hazırlıqla bağlı Yeni Azərbaycan Partiyası tərəfindən görülən işlər haqqında geniş məlumat verib. Qeyd olunub ki, qarşıdan gələn prezident seçkilərinə Yeni Azərbaycan Partiyası çox ciddi hazırlaşıb və işlər fəaliyyət planına uyğun davam etdirilir.
Seçki günü seçki məntəqələrində və dairədə olacaq müşahidəçilər və məşvərətçilərin vəzifələri barədə onlarla geniş izahat işi aparılıb, ətraflı məlumat verilib.
Qeyd olunub ki, seçkinin aşkarlıq və demokratiya şəraitində keçirilməsi üçün müşahidəçilərin və məşvərətçilərin də üzərinə məsuliyyət düşür. İzah olunub ki, onların Seçki Məcəlləsində təsbit olunmuş hüquq və vəzifələri, səlahiyyətləri var. Ona görə də müşahidəçilər və məşvərətçilər çox diqqətli olmalı, obyektiv monitorinq aparmalı, hər hansı pozuntu ilə rastlaşdıqda dərhal Seçki Qərargahına məlumat verməlidirlər.
Treninq duskussiya şəklində keçirilib, onları maraqlandıran suallar cavablandırılıb. Sonda hər bir müşahidəçi və məşvərətçiyə yaddaş kitabçaları paylanıb.

Paylaş:
Baxılıb: 804 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

İqtisadiyyat

YAP xəbərləri

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30