YAP Nərimanov rayon təşkilatı bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb
23.10.2009 [09:28]
YAP Nərimanov rayon təşkilatı da Nərimanov bələdiyyəsinə namizədləri irəli sürüb. Təşkilatın sədri Təmraz Tağıyev namizədlər üçün imzatoplama kampaniyasının aparıldığını bildirib. Partiyanın böyük seçki təcrübəsinin olduğunu xatırladan T.Tağıyevin sözlərinə görə, bu da təşkilatın bələdiyyə seçkilərində böyük uğur qazanmasını şərtləndirən amillərdən biridir. O, qeyd edib ki, Nərimanov bələdiyyəsinə 19 üzv seçilməlidir. Hazırda bələdiyyə üzvlərinin 14-ü YAP-ı təmsil edir. Təşkilat sədri seçkilərdə qadınların və gənclərin namizədliyinə də üstünlük verildiyini deyib.
125 ilk təşkilatda 15600-dən çox partiya üzvünün birləşdiyini deyən T.Tağıyev qeyd edib ki, bələdiyyə seçkilərində də YAP fəalları öz səylərini əsirgəməyəcəklər: “Bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan daha fərqlidir. Burada əsas amil yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzu, şəxsi keyfiyyətləridir. Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar”.
T.Tağıyev bələdiyyə orqanlarının demokratik prinsiplərdən çıxış edərək daha məsuliyyətli fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hər bir siyasi kampaniyada olduğu kimi, bələdiyyə seçkilərində də Nərimanov rayonu yüksək nəticə göstərəcək.
YAP Nərimanov rayon təşkilatı Qadınlar Şurasının sədri Məhəbbət İbrahimova ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, bələdiyyələr bu inkişafa uyğun olaraq fəaliyyət göstərməlidir: “Buna görə də, bələdiyyələrə nüfuzlu insanları seçməliyik. öz fəaliyyətimizlə partiyamızın qələbəsini təmin etməliyik”. M.İbrahimova bildirib ki, Azərbaycan cəmiyyətində qadınların özünəməxsus mövqeyi var. Onlar ölkəmizin inkişafına öz fəaliyyətləri ilə töhfə verirlər.
“Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştiakçısıdırlar”, - deyə təşkilatın Qadınlar Şurasının sədri vurğulayıb. M.İbrahimovanın sözlərinə görə, qadınlar ictimai-siyasi proseslərdə fəal olduğu halda, onların bələdiyyələrdə təmsilçiliyi zəifdir. Ona görə də, bu məsələ aktuallığı ilə diqqəti cəlb edir. “Qadınların bələdiyyələrdə təmsilçiliyi onların cəmiyyətdəki mövqeyinə adekvat deyil və qarşıdan gələn seçkilərdə onların fəallığının artırılması vacib məsələdir. Qeyd etmək istəyirəm ki, YAP Nərimanov rayon təşkilatında 6620-dən artıq qadın təmsil olunur. Hazırda 19 nəfərlik Nərimanov rayon bələdiyyəsinin yalnız bir qadın üzvü var. Amma təşkilatımız tərəfindən budəfəki seçkilərdə 6 qadının namizədliyi irəli sürülüb. İnanırıq ki, onlar bu seçkilərdə uğur qazanacaqlar”, deyə M.İbrahimova vurğulayıb.
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı isə bildirib ki, Azərbaycanda bələdiyyələrin yaradılması 1995-ci ildə qəbul olunmuş Konstitusiyada öz əksini tapıb. Onun sözlərinə görə, bu təsisatın mahiyyəti, vəzifəsi və hüquqlarının Konstitusiyada əks etdirilməsi yerli özünüidarəetmə orqanlarına münasibətin əyani təzahürüdür. “Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi haqqında” Referendum Aktında əsas qanunun 146-cı maddəsinə bələdiyyələrlə bağlı dörd bəndin əlavə edilməsi yerli özünüidarəetmə orqanlarının cəmiyyətdə rolunu və vəzifəsini bir daha müəyyən edib” - deyən Y.Babanlı əlavə edib ki, bələdiyyələrə aid qanunvericilik də xeyli təkmilləşdirilib. Y.Babanlının fikrincə, bu gün yerli özünüidarəetmə orqanları bir sıra dövlət proqramlarının icrasında da, yaxından iştirak edirlər. Bu da onların fəaliyyətini stimullaşdırır. “ölkədəki inkişaf, dünyada baş verən hadisələr, demokratik dəyişikliklər, ictimai həyatın tələbatları bələdiyyələri yeni məqsədlərə, səmərəli fəaliyyətə istiqamətləndirir” - deyən həmsöhbətimizin sözlərinə görə, cəmiyyətin aparıcı təbəqəsi olan gənclər də qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak edəcək. O, Nərimanov rayon bələdiyyəsinə yüksək savada malik, intellektli gənclərin namizədliyinin irəli sürüldüyünü bildirib və ümid edib ki, onlar seçkilərdə seçicilərin etimadını qazanacaqlar. Y.Babanlı qeyd edib ki, rayon təşkilatında 5450 nəfərdən çox gənc təmsil olunur. ümumiyyətlə, gənclərin sıraları təşkilatda ilbəil artmaqdadır və bu da onların seçki kampaniyalarında fəallığının yüksəlməsi ilə müşayiət edilir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Yanvar 22:41
Dünya
21 Yanvar 22:26
Xəbər lenti
21 Yanvar 21:54
Maraqlı
21 Yanvar 21:19
İqtisadiyyat
21 Yanvar 20:40
Xəbər lenti
21 Yanvar 20:35
Dünya
21 Yanvar 20:16
İqtisadiyyat
21 Yanvar 19:52
Dünya
21 Yanvar 19:30
Dünya
21 Yanvar 19:27
İdman
21 Yanvar 18:14
Dünya
21 Yanvar 17:22
İqtisadiyyat
21 Yanvar 16:52
Sosial
21 Yanvar 16:42
Dünya
21 Yanvar 16:31
İdman
21 Yanvar 16:12
Dünya
21 Yanvar 16:07
Dünya
21 Yanvar 16:06
Dünya
21 Yanvar 15:20
Sosial
21 Yanvar 14:59
Gündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19

