/ / Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə kəlbəcərli məcburi köçkünlər üçün pulsuz tibbi müayinə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə kəlbəcərli məcburi köçkünlər üçün pulsuz tibbi müayinə aksiyası keçirilib
16.10.2018 [08:46]
Oktyabrın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü, Səhiyyə Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində və ətraf rayonlarda məskunlaşan Kəlbəcərdən olan 29 min 800 nəfər məcburi köçkün üçün pulsuz tibbi müayinə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kəlbəcər Rayon Xəstəxanasında keçirilən aksiyada Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov sakinlərin kütləvi tibbi müayinəsini müşahidə edib, ayrı-ayrı rayonlardan aksiyaya qoşulan aztəminatlı vətəndaşların qayğıları ilə maraqlanıblar.
Aksiyada çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, məcburi köçkünlərin pulsuz tibbi müayinəsini nəzərdə tutan aksiya Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə reallaşdırılan layihənin məqsədi respublikanın müxtəlif bölgələrində, xüsusən ucqar rayon və kəndlərdə məskunlaşmış məcburi köçkünləri daha müasir səhiyyə xidmətləri ilə təmin etmək və pulsuz olaraq tibbi müayinədən keçirməkdir.
Bu qəbildən olan soydaşlarımıza dövlət qayğısı siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu deyən Məlahət İbrahimqızı bildirib ki, Ümummilli lider yenidən hakimiyyətə qayıtdıqdan sonra qaçqınların və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması məsələsini dövlət siyasətinin prioritetinə çevirib. Ulu öndərin təşəbbüsü ilə qaçqınların və məcburi köçkünlərin məskunlaşdırılması, onların sosial məsələlərinin həlli istiqamətində ciddi addımlar atılıb. Bu işə beynəlxalq donor təşkilatları cəlb olunub, dövlət büdcəsindən vəsaitlər ayrılıb. Sonradan Neft Fondunda yığılan vəsaitlər hesabına qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınmasına başlanılıb və ölkəmizin iqtisadi gücü artdıqca bu proses daha geniş vüsət alıb.
Məlahət İbrahimqızı Prezident İlham Əliyev tərəfindən 2003-2018-ci illərdə məcburi köçkünlərin problemlərinin həlli sahəsində görülmüş genişmiqyaslı işlərdən də danışıb. Qeyd edilib ki, genişmiqyaslı işlərə 2007-ci ildə 12 çadır düşərgəsinin ləğv edilməsi ilə başlanılıb. Ölkədəki bütün çadır düşərgələri, fin tipli qəsəbələr ləğv edilib, yeni salınmış 100-dən artıq qəsəbə və şəhərcikdə 265 min nəfər məskunlaşdırılıb.
2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayış təmin olunub. Kənd qısa müddətdə bərpa edilib, 150 evdən ibarət qəsəbə tikilib və köçkünlər öz doğma yurdlarına qayıdıblar. Eyni zamanda, işğaldan azad olunmuş Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınıb. Bu ilin doqquz ayında 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər daha 2800 ailənin ev və ya mənzillərlə təmin edilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması üçün dövlət proqramları qəbul edilib, onların sosial problemlərinin həllinə indiyədək 6,6 milyard manat vəsait xərclənib. Ötən dövrdə 200 min məcburi köçkün büdcə təşkilatlarında və digər sahələrdə daimi işlə təmin edilib. Məcburi köçkünlərin sosial müavinətlərinin artırılması istiqamətində mühüm tədbirlər görülüb. Bütün bunlar sübut edir ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli dövlətimizin başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.
Kəlbəcərdən olan məcburi köçkünlərin respublikamızın 56 şəhər və rayonunda 1010 qəsəbəsində məskunlaşdığını deyən rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədov son illər Prezident İlham Əliyev tərəfindən kəlbəcərlilərin mənzillərlə təmin olunması və sosial problemlərinin həlli istiqamətində görülmüş işlərdən danışıb.
Bildirilib ki, kəlbəcərlilər harada yaşamalarından asılı olmayaraq, dövlətimizin başçısının siyasəti nəticəsində tezliklə öz yurdlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Sonra aksiyaya qoşulan kəlbəcərlilər tibbi müayinədən keçiblər. Aksiya çərçivəsində vətəndaşlara terapevt, nevroloq, mama-ginekoloq, kardioloq, pediatr, lor, oftalmoloq, endokrinoloq tərəfindən tibbi xidmət göstərilib. Aşkar edilən xəstəliklərlə əlaqədar sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunub.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25

