YAP Xətai rayon təşkilatı seçkilərə yüksək səviyyədə hazırlaşır
24.10.2009 [10:45]
YAP Xətai rayon təşkilatı Gənclər Birliyinin sədri Könül Abbasovanın sözlərinə görə, gənclərimiz hər zaman ölkənin ictimai-siyasi proseslərində aktiv iştirak ediblər: “Gənclərimizin bu fəallığı özünü ötən seçki kampaniyalarında bir daha göstərdi. Düşünürəm ki, bələdiyyə seçkilərində gənclərimiz yenidən aktivlik nümayiş etdirərək partiyamızın qələbəsinə böyük töhfə verəcəklər”.
Könül Abbasova söyləyib ki, bələdiyyə seçkiləri digər siyasi kampaniyalardan fərqlənir: “Bu prosesdə əsas amil, yerlərdə insanlarla münasibətdə olan şəxslərin nüfuzudur. Bələdiyyələrə seçilmiş şəxslər yerli əhali ilə sıx münasibətlər qurmalı, problemlərin aradan qaldırılmasında böyük rol oynamalıdırlar. Bu işdə həm də gənclərin böyük aktivliyi nəzərə çarpmalıdır. çünki, bələdiyyələrə namizədlər arasında gənclərin də sayı çoxdur”.
YAP Xətai rayon təşkilatı Qadınlar Şurasının sədri Aidə Hüseynzadə isə vurğulayıb ki, bu gün Azərbaycan sürətlə inkişaf edir, gözəlləşir və bu baxımdan cəmiyyətdə yeni çağırışlar ortaya çıxır: “Bələdiyyələr bu inkişafa uyğun olaraq fəaliyyət göstərməlidir. Buna görə də, bələdiyyələrə yüksək potensiala sahib, nüfuzlu insanları seçməliyik”.
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətində qadınların özünəməxsus mövqeyi var və zərif cinsin nümayəndələri ölkəmizin inkişafına öz fəaliyyətləri ilə töhfə verirlər: “Azərbaycan qadınları tarixən cəmiyyətimizdə kişilərlə birgə çalışmış və ictimai proseslərin müsbət yöndə istiqamətlənməsinə köməklik göstərmişlər. Bu gün də qadınlarımız siyasi proseslərdə aktiv iştirak edirlər. Əminəm ki, Xətai rayon qadınları budəfəki siyasi kampaniyada da aktivlik nümayiş etdirərək YAP-ın namizədlərinin qalib gəlməsinə kömək edəcəklər”.
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

