/ / YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə partiyanın Qubadlı rayon təşkilatında tədbir keçirilib
YAP-ın yaranmasının 26-cı ildönümü münasibətilə partiyanın Qubadlı rayon təşkilatında tədbir keçirilib
21.11.2018 [08:38]
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 26-cı ildönümü YAP Qubadlı rayon təşkilatında qeyd olunub. Sumqayıt şəhərində yerləşən YAP Qubadlı rayon təşkilatının akt zalında keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, YAP rayon təşkilatının ərazi ilk partiya təşkilat rəhbərləri, şura üzvləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Daha sonra tədbirdə YAP-ın yaranması və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev YAP-ın Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yarandığını bildirib. O ağır günlərdə Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir ağır vaxtda böyük şəxsiyyət, əvəzolunmaz siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə 1992-ci ilin noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi.
YAP Qubadlı rayon təşkilatının sədri onu da bildirib ki, YAP bu gün Prezident İlham Əliyevin Sədrliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyub və fəaliyyətini uğurla davam etdirir.
Çıxışında YAP Qubadlı rayon təşkilatının fəaliyyətinə toxunan A.Haxverdiyev bildirib ki, hazırda rayon partiya təşkilatında 80 ərazi ilk partiya təşkilatı fəaliyyət göstərir və 3600 üzv var. Onlardan 1982-ni qadın, 1618-ni kişilər təşkil edir. Üzvlərin 1696 nəfəri gənclərdir.
Tədbirdə çıxış edən YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin sədri Aqil Quliyev, YAP Qubadlı rayon təşkilatı Qadınlar Şurasının sədri Badam Hüseynova və başqaları YAP-ın hər zaman milli maraqlara söykənən siyasi kursu dəstəklədiyini bildiriblər. Sonda rayonun ictimai-siyasi həyatında iştirak edən bir qrup YAP üzvünə fəxri fərman, partiyanın sıralarına yeni qəbul olunmuş şəxslərə isə üzvlük vəsiqələri təqdim edilib.
PƏRVİZ
Xəbər lenti
Hamısına baxDünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21

