YAP Səbail rayon təşkilatının üzvləri Cocuq Mərcanlıya səfər ediblər
04.04.2019 [09:43]
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Azərbaycan Ordusunun 2016-cı ilin Aprel döyüşlərində qazandığı qələbənin üçüncü ildönümü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər təşkil edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Böyük Qayıdışın başlanmasının rəmzi olan Cocuq Mərcanlıya səfərdə Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri, partiya fəalları və gənclərdən ibarət 100 nəfər iştirak edib.
Səfər iştirakçıları əvvəlcə Horadiz şəhərində “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, respublikamızın ərazi bütövlüyü uğrunda həlak olan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Sonra Cocuq Mərcanlıda yol kənarına çinar ağacları əkilib.
Daha sonra Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçirilib. Müəllim və şagirdlər qarşısında çıxış edən Şəmsəddin Hacıyev bildirib ki, qurumun üzvləri artıq ikinci ildir Cocuq Mərcanlıya səfər edir: “Biz bu səfərlərlə bildirmək istəyirik ki, siz tək deyilsiniz. Bütün Azərbaycan, o cümlədən Səbail rayonunun ziyalıları, YAP üzvləri sizinlədir”.
Dövlət başçısının diqqət və qayğısı sayəsində Cocuq Mərcanlının gündən-günə dəyişdiyini bildirən YAP Səbail rayon təşkilatının sədri deyib: “Buraya hər gələndə bir yeniliyin şahidi oluruq. Artıq burada təkcə evlər deyil, eləcə də istehsal müəssisələri yaradılır, yeni iş yerləri açılır. Bu, ölkədə aparılan düşünülmüş siyasətin nəticəsidir. İşğaldan azad ediləcək bütün torpaqlarımızda belə gözəl kəndlər, şəhərlər salınacaq”.
Səfərin üç il əvvəl Azərbaycan Ordusunun yazdığı şanlı günlərə təsadüf etdiyini qeyd edən Şəmsəddin Hacıyev Aprel döyüşlərindən də söz açıb: “Azərbaycan Ordusu 2016-cı ilin aprelində düşmənin cəbhədəki təxribatlarının qarşısını alıb və əks hücuma keçərək, mühüm strateji yüksəklikləri işğaldan azad edib. Aprel zəfəri Şuşaya, Xankəndinə qayıdışın, böyük qələbənin başlanğıcıdır. Bu döyüşlərə qədər ermənilər özləri barədə belə bir mif yaratmışdılar ki, onların ordusu güclüdür, məğlubedilməzdir. Ancaq Azərbaycan Ordusu öz qələbəsi ilə ermənilərin yaratdıqları bu mifi darmadağın etdi”.
Milli Məclisin deputatı bildirib ki, Azərbaycan bu gün qüdrətli bir ölkəyə çevrilib. Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir. “Bu, bizə imkan yaradır ki, hərbi gücümüzü daha da artıraq, ordumuzu ən müasir silahlarla təchiz edək. Azərbaycan Ordusu bu gün bütün göstəricilərə görə Ermənistan ordusundan dəfələrlə üstündür. Silahlı Qüvvələrimiz çox qısa bir müddətdə bütün işğal olunmuş ərazilərimizi azad etməyə qadirdir. Ancaq biz sülh istəyirik. İstəyirik problem sülh yolu ilə, beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr çərçivəsində həll olunsun”, - deyə Şəmsəddin Hacıyev bildirib.
Qonaqlar məktəbin sinif otaqlarını, fənn kabinetlərini gəzib müəllim və şagirdlərlə həmsöhbət olublar. Məktəbə kitablar hədiyyə edilib.
Nümayəndə heyəti ön xətdə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, onlara televizor hədiyyə ediblər. YAP Səbail rayon təşkilatının sədri Vətənimizin keşiyində dayanan əsgərlərə çətin və şərəfli xidmətlərində uğurlar diləyib, onlara qələbə sevinci arzulayıb. Əsgərlər “Qarabağ” mahnısını oxuyublar.
Qonaqlar Cocuq Mərcanlıda tikilən Şuşa məscidinin bənzəri olan məsciddə də olub, burada şəhidlərin ruhuna dua oxuyublar. Sonra N saylı hərbi hissəyə gələrək əsgər və zabitlərlə birgə nahar ediblər.
Səfər çərçivəsində Füzuli rayonunun Alıxanlı kəndində Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində öldürülən 2 yaşlı Zəhra və nənəsi Sahibə Allahverdiyevanın xatirəsinə hərbi birlik komandanlığının təşəbbüsü ilə yaradılan abidə də ziyarət olunub. Zəhranın valideynlərinə baş çəkən nümayəndə heyəti onlara maddi yardım edib.
Xəbər lenti
Hamısına baxDünya
11 Avqust 21:30
Dünya
11 Avqust 20:57
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30

