Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının ilk kursu keçirilib
08.10.2019 [09:58]
Oktyabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Siyasət Akademiyası “Azərbaycan Respublikasının siyasi sisteminin yaranması və formalaşmasında Yeni Azərbaycan Partiyasının yeri və rolu” mövzusunda ilk kurs təşkil edib.
Kursda ilk olaraq Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov “Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir” mövzusunda gənclər üçün məruzəçi qismində çıxış edib. Əli Əhmədov bildirib ki, belə kursların təşkil edilməsi gənclər üçün faydalıdır. Onun sözlərinə görə, məqsəd ondan ibarətdir ki, Yeni Azərbaycan Partiyasının gənc fəal üzvləri kursları keçərək öz siyasi biliklərini və dünyagörüşlərini genişləndirsinlər, siyasi təcrübə əldə etsinlər və Azərbaycanın ictimai-siyasi həyatında daha yaxından iştirak etmək üçün lazım olan vərdişləri qazanmış olsunlar. “Siz Yeni Azərbaycan Partiyasının gənc və fəal üzvlərisiniz. Partiyamızın həm bugünkü fəaliyyətində, həm də gələcək inkişafında sizin rolunuzu xüsusi vurğulamaq istəyirəm. Biz istəyirik ki, siz gənc nəsil olaraq inkişaf edəsiniz. Gələcəkdə partiyanın funksiyalarının həyata keçirilməsində daha yaxından iştirak etmək imkanınız olsun. Həm də, bütövlükdə, Azərbaycanın ictimai-siyasi həyatında geniş şəkildə iştirak edəsiniz. Bunun üçün də zəruri vərdişlərə ehtiyac var. Xüsusilə siyasi biliklər artırılmalıdır. Dünyanın hər yerində siyasi partiyaların nəzdində bu cür kurslar mövcuddur. Kursların yaranmasında məqsəd siyasi partiyaların vasitəsilə bütövlükdə cəmiyyətin siyasi həyatı üçün təcrübəli gənc siyasətçilərin formalaşmasından ibarətdir. Bizim də məqsədimiz budur”, - deyən YAP Sədrinin müavini partiyamızın sıralarında sağlam, vətənpərvər, intellektual gənclərin birləşdiyini diqqətə çatdırıb. O qeyd edib ki, partiya üzvlərinin 40 faizi gənclərdən ibarətdir və bu, böyük siyasi gücdür. Gənclərin YAP-ın sıralarına axını onların öz gələcək siyasi talelərini Heydər Əliyev ideyalarına bağlaması, Prezident İlham Əliyevin siyasətini dəstəkləməsi ilə əlaqədardır.
Baş nazirin müavini deyib ki, biz dövlətimizin gələcəyini gənclərdə görürük. Gənclər nə qədər savadlı, bilikli, vətənpərvər, öz ölkəsini sevən insanlar olarsa, o ölkənin gələcəyi o qədər də parlaq olur. Bizim çox dəyanətli və vətənpərvər gəncliyimiz var. Bu gəncliyimizlə fəxr edirik. İnanırıq ki, bu müasir gəncliyimiz Azərbaycanın gələcəyini daha da işıqlı və parlaq edəcək. Əli Əhmədovun fikrincə, Yeni Azərbaycan Partiyasının gəncləri də bu baxımdan bizi qürurlandırır.
Bu kursların faydalı və maraqlı olacağına inandığını deyən YAP Sədrinin müavini qeyd edib ki, təşkil olunan belə tədbirlər gənclərimizə böyük siyasi təcrübə qazandıracaq.
Əli Əhmədov mühazirəsində ilk olaraq dünyada siyasi sistemin formalaşması prosesindən bəhs edib və qeyd edib ki, siyasi sistemin əsasını dövlət təşkil edir. Onun sözlərinə görə, siyasi sistemin vacib elementlərindən biri də siyasi partiyalardır. YAP Sədrinin müavini deyib ki, hazırda dünya ölkələrinin mütləq əksəriyyətində çoxpartiyalı sistem mövcuddur. Onun sözlərinə görə, hüquqi-demokratik dövlət kimi müstəqil Azərbaycanda da çoxpartiyalı sistem mövcuddur.
YAP Sədrinin müavini partiyamızın 1992-ci ilin noyabr ayında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə yaradıldığını və qısa müddət ərzində hakimiyyətə gəldiyini xatırladıb. YAP-ın keçdiyi inkişaf yolundan geniş bəhs edən Əli Əhmədov partiyamızın Azərbaycanın aparıcı siyasi qüvvəsi olduğunu diqqətə çatdırıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərdən ətraflı bəhs edib, Azərbaycan vətəndaşlarının partiyamızın fəaliyyətini dəstəklədiyini, bütün seçkilərdə parlaq qələbələr qazandığını diqqətə çatdırıb.
Daha sonra kursda iştirak edən gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzularda məruzələr dinləniləcək.
Kursa Milli Məclisin deputatı, siyasi elmlər doktoru Elman Nəsirov rəhbərlik edir.
Layihənin sonunda isə kurslarda iştirak edən gənclərə sertifikatlar təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSiyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45
Analitik
25 Sentyabr 09:17
MEDİA
25 Sentyabr 08:50
Sosial
25 Sentyabr 08:36
Gündəm
25 Sentyabr 08:12
Dünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16

