Bərdəlilərin seçimi Yeni Azərbaycan Partiyasının namizədi olacaq
07.02.2020 [09:55]
Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 93 saylı Bərdə şəhər seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fatma Vidadi qızı Yıldırımın rayonun Mirzəcəfərli və Qarağacı kənd seçiciləri ilə görüşü keçirilib.
Görüşdə YAP Mərkəzi Seçki Qərargahının Bərdə rayon şöbəsinin sədri Fəqət Şadlinskaya Yeni Azərbaycan Partiyasının parlament seçkilərinə hazırlığı barədə məlumat verib. O, Yeni Azərbaycan Partiyasının qələbələr partiyası olduğunu və partiyamızın bu parlament seçkilərində də qələbə qazanmaq əzmində olduğunu bildirib.
93 saylı Bərdə şəhər seçki dairəsi üzrə deputatlığa namizəd Fatma Yıldırım görüşdə çıxış edərək Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət nəticəsində respublikamızın ictimai-siyasi həyatındakı uğurlardan söz açıb, müxtəlif sahələrin, o cümlədən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının yüksək səviyyədə həyata keçirildiyini söyləyib. O qeyd edib ki, əldə edilən nəticələr ölkədə işsizliyin azaldılmasına və əhalinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə, əməkhaqlarının və təqaüdlərin artırılmasına gətirib çıxarıb. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasət istiqamətlərinə uyğun olaraq enerji ixracından əldə olunan gəlirlərin milli inkişaf strategiyasının həyata keçirilməsi üçün istifadə olunması, rəqabətqabiliyyətli, güclü iqtisadi potensialın yaradılması, insan kapitalının formalaşdırılması, Azərbaycanın timsalında enerji resurslarından daxil olan vəsaitlərin düzgün idarə olunması və istifadəsi ölkəmizə böyük dividendlər gətirib.
Fatma Yıldırım Yeni Azərbaycan Partiyası tərəfindən ona böyük etimad göstərildiyini və bərdəli seçicilərlə birlikdə bu etimadı doğrultmağa çalışacağını diqqətə çatdırıb.
Görüşdə çıxış edən seçicilər 9 fevralda keçiriləcək parlament seçkilərində fəal iştirak edəcəklərini, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının namizədi Yıldırım Fatma Vidadi qızına səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxSosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41

