Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Ağdaş rayon təşkilatının İdarə Heyətinin onlayn iclası keçirilib

YAP Ağdaş rayon təşkilatının İdarə Heyətinin onlayn iclası keçirilib

17.09.2020 [09:35]

Yeni Azərbaycan Partiyası (YAP) Ağdaş rayon təşkilatının İdarə Heyətinin onlayn iclası keçirilib. İclasda YAP Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə COVID-19 pandemiyasına qarşı aparılan mübarizə tədbirlərindən, bu istiqamətdə atılan addımlardan, qəbul edilən qərarların müsbət nəticələrindən, əldə edilən uğurlardan, eləcə də rayon ərazisində bu xəstəliklə əlaqədar aparılan profilaktik və qabaqlayıcı tədbirlərdən danışıb.
C.Osmanov deyib ki, rayonda pandemiya ilə mübarizədə ilk gündən YAP Ağdaş rayon təşkilatının fəalları, gənc könüllüləri yaxından iştirak ediblər, onların iştirakı ilə keçirilən bütün tədbirlər yüksək səviyyədə baş tutub.
Rayon təşkilatının sədri onu da vurğulayıb ki, iyulun 12-də ermənilərin dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatın qarşısının alınmasında rəşadətli Azərbaycan Ordusunun göstərdiyi şücaət bütün ağdaşlıları ruhlandırıb, hər bir kəsi Vətənimizin müdafiəsinə, torpaqlarımızın işğalçılardan azad olunmasına səfərbər edib: “Hər bir vətəndaş, o cümlədən YAP üzvləri istər pandemiyaya qarşı mübarizədə, istərsə də torpaqlarımızın azadlığı uğrunda mübarizə çərçivəsində Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasəti birmənalı şəkildə dəstəkləyir”.
Daha sonra iclasda gündəlikdə duran məsələlər müzakirə olunub.

Paylaş:
Baxılıb: 663 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30