/ / Cavanşir Paşazadə: 2020-ci ilin Azərbaycan üçün ən mühüm yekunu Vətən müharibəsində qazanılan şanlı qələbədir
Cavanşir Paşazadə: 2020-ci ilin Azərbaycan üçün ən mühüm yekunu Vətən müharibəsində qazanılan şanlı qələbədir
06.01.2021 [09:34]
“Artıq tarixə qovuşan 2020-ci il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qalıb. Ölkəmizin gündəliyində duran vacib məsələlər sırasında yeni növ koronavirus pandemiyasına qarşı aparılan ardıcıl mübarizəni xüsusi qeyd edə bilərik. Daha mühümü isə ötən il Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunması, qazanılan böyük qələbədir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.
Cavanşir Paşazadə bildirib ki, 2020-ci ilin ölkəmiz, xalqımız üçün ən mühüm yekunu sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədir. Belə ki, 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq.
Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu məqamda Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə diqqət çəkmək yerinə düşər. Bu amillər sırasında son 17 ildə Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi bazanın formalaşmasının önəmini xüsusi qeyd edə bilərik. Burada dövlət başçımızın qatıldığı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb.
“Son 17 ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Qürurverici haldır ki, bu gün respublikamız MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Azərbaycan məhz özünün güclü iqtisadi imkanlarına əsaslanmaqla ordu quruculuğunu davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, döyüş hazırlığının artırılması məqsədilə bütövlükdə Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Belə davamlı diqqət öz bəhrəsini verib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır”, - deyən deputat əlavə edib ki, artıq Vətən müharibəsində işğaldan təmizlənən ərazilərimizdə bərpa işlərinə start verilib.
“İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması da gündəlikdə duran vacib məsələlərdəndir. Artıq bununla bağlı müvafiq dəyərləndirmə işlərinə və müxtəlif sahələri əhatə edən layihələrin hazırlanmasına başlanılıb”, - deyə C.Paşazadə vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

