Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Goranboy rayon təşkilatının üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər

YAP Goranboy rayon təşkilatının üzvləri Vətən müharibəsi qazilərini ziyarət ediblər

13.01.2021 [09:39]

Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının nümayəndələri Vətən müharibəsi qazilərini ziyarət ediblər. Rayon təşkilatının sədri Elçin İsmayılov və təşkilatın kollektivi qazilər İman Eyyub oğlu Məmmədov, Ruslan Rəşid oğlu Əmrahov və Sehran Fariz oğlu Nəbiyevə baş çəkiblər.
Rayon təşkilatından verilən məlumata görə, qazi Ruslan Əmrahov YAP-ın gənc fəallarından olub, könüllü şəkildə döyüşlərə qatılıb. Səmimi söhbət zamanı qazilərimiz öz şərəfli döyüş yollarından danışıblar.
Görüşlərdə bu gün Azərbaycan üçün həmrəyliyin və birliyin önəmi diqqətə çatdırılıb, qazanılan uğurlarda “dəmir yumruq” kimi birliyin əhəmiyyəti vurğulanıb. Ziyarət zamanı rayon təşkilatının nümayəndələri qazilərin qayğıları ilə də maraqlanıblar. Bildirilib ki, onlar hər zaman dövlətimizin yüksək diqqətini hiss edəcəklər.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 709 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Dialoqlar

16 May 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

16 May 08:33  

Ədəbiyyat

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31