/ / Namiq Əhmədov: Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu
Namiq Əhmədov: Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu
14.01.2021 [09:28]
“Yanvar ayının 11-də Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin iştirakı ilə keçirilmiş Moskva görüşü Azərbaycanın tarixi qələbəsinin daha da möhkəmlənməsində növbəti diplomatik mərhələ oldu. Görüşdə Azərbaycan Prezidenti qalib dövlətin Ali Baş Komandanı kimi iştirak etdi və bir daha ölkəmizin regional inkişaf, təhlükəsizlik baxımdan əhəmiyyətini nümayiş etdirmiş oldu”. Bu fikirləri qəzetimizə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədov deyib.
Namiq Əhmədov bildirib ki, görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair birgə Bəyanat imzalandı və tərəflər 10 noyabr Bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli İşçi Qrupun yaradılması barədə razılıq əldə etdilər. “Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi olacaq. Ortaq bəyanatın mətni - humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli İşçi Qrupunun yaradılması Azərbaycan tərəfinin qapalı görüşdə istədiyinə nail olduğunu təsdiqləyir: Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı da olmayacaqdı. İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb və Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir, qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Beləliklə də, Moskva görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi kimi yadda qaldısa, Ermənistan üçün yeni fiasko etapı oldu”, - deyən rayon təşkilatının sədrinin sözlərinə görə, bu gün Azərbaycan hərb meydanında qazandığı zəfəri diplomatik masada, danışıqlar prosesində davam etdirir.
Onun sözlərinə görə, Moskva görüşünün nəticələri fonunda Azərbaycanın qələbəsinə kölgə salmağa, ləkə yaxmağa çalışan anti-Azərbaycan dairələrinin və ölkəmizdəki “beşinci kolon”un təmsilçiləri olan AXCP, antimilli şura və başqalarının da fiaskosu müşahidə edildi: “Radikal müxalifət iddia edirdi ki, Azərbaycana yeni güzəştlər qəbul etdiriləcək, Rusiya hərbi mövcudluğunu gücləndirəcək. Lakin görüşün yekunları bir qrup antimilli elementin qazanılmış qələbənin əhəmiyyətini kiçiltmək cəhdlərinin puçluğunu bir daha ortaya qoydu”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

