Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının XII hesabat konfransı keçirilib
03.07.2021 [09:57]
İyulun 2-də Yeni Azərbaycan Partiyası (YAP) Xəzər rayon təşkilatının videoformatda XII hesabat konfransı keçirilib.
Əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra hesabat məruzəsi ilə çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, rayon təşkilatı öz fəaliyyətini partiyanın Nizamnamə və Proqramına, partiya rəhbərliyinin tapşırıq və tövsiyələrinə uyğun qurur, bu müddət ərzində partiyaya qəbul, təsdiq olunmuş iş planına əsasən tədbirlərin keçirilməsi, nizam-intizamın gücləndirilməsi və rayonun ictimai-siyasi həyatında fəal iştirak istiqamətində uğurlu nəticələr əldə edib: “YAP Xəzər rayon təşkilatının 81 ilk partiya təşkilatında 6934 partiya üzvü fəaliyyət göstərir. Hesabat dövrü ərzində 696 nəfər partiya sıralarına qəbul olunub. Onlardan 485-i qadın, 363-i isə gəncdir. Ümumilikdə, 6934 nəfər təşkilat üzvünün 59,1 faizini qadınlar, 36,4 faizini gənclər təşkil edir”.
Diqqəti tarixi Zəfərimizə yönəldən N.Əhmədov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız Qələbə hər birimizdə böyük qürur hissi yaratmaqla yanaşı, bizi işğaldan azad edilmiş torpaqlarımızda quruculuq və bərpa işlərində fəal iştiraka səsləyir. YAP Xəzər rayon təşkilatı hər zaman olduğu kimi, bu gün də partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə böyük addımlarla irəliləyir.
Sonra Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Həzərxan Əbilovun hesabatı dinlənilib.
Müzakirələr zamanı YAP Xəzər rayon təşkilatı sədrinin müavini, Milli Məclisin deputatı Rauf Əliyev, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatı ilk partiya təşkilatı sədrləri Zeynəb Əliyeva, Mehriban Nadirova və Nəzrin Məmmədova çıxış edərək rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, Yeni Azərbaycan Partiyası aparıcı siyasi qüvvə kimi fəaliyyət göstərdiyi 29 ilə yaxın dövr ərzində bütün qüvvə və bacarığını dövlətə, xalqa xidmətə yönəldərək mühüm uğurlara imza atıb: “Gələcəyə doğru inamla irəliləyən YAP cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçkilərdə qələbə qazanması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə, partiyanın gələcəyinə böyük inama əsaslanır”.
Ə.Tağıyev YAP Xəzər rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Konfransda YAP Xəzər rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

