/ / “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Qlobal hədəflərə nail olunmasında gənclər siyasətinin rolu” mövzusunda seminar keçirilib
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Qlobal hədəflərə nail olunmasında gənclər siyasətinin rolu” mövzusunda seminar keçirilib
01.09.2021 [08:49]
Avqustun 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Qlobal hədəflərə nail olunmasında gənclər siyasətinin rolu” mövzusunda növbəti seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov seminarda iştirak edən gəncləri salamlayıb, həmçinin mövzunun aktuallığından bəhs edib. Ölkəmizin ictimai-siyasi həyatında gənclərin fəal iştirakına toxunan YAP Gənclər Birliyinin sədri bildirib ki, həyata keçirilən bu layihə gənclərin inkişafında əsaslı rol oynayacaq.
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı Məzahir Əfəndiyev ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini diqqətə çatdırıb. M.Əfəndiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu bu siyasi kurs gənclərimizin milli mənəvi dəyərlər kontekstində, sağlam və intellektual inkişafını şərtləndirib. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunan gənclərimiz cəmiyyətin ən aparıcı təbəqəsi kimi çıxış edir və onların fəaliyyəti Azərbaycanın dinamik inkişafına əhəmiyyətli töhfələr verir: “Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı gənclərimizin gələcəyinin uğurlu inkişafında yeni bir səhifə açdı. 1994-cü ildə Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, 1996, 1999 və 2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi və 1997-ci il fevralın 1-də Ümummilli Lider Heydər Əliyev tərəfindən “2 fevral - Azərbaycan Gəncləri Günü elan edilməsi haqqında” Sərəncamın imzalanması Azərbaycanda dövlət gənclər siyasətinin inkişafında yeni mərhələnin başlanğıcı oldu”.
Milli Məclisin deputatı onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən inamla və ardıcıllıqla davam etdirilir.
Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədilə mühüm Dövlət proqramları icra olunub, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması bu kontekstdə müstəsna əhəmiyyət kəsb edir. “Gənclər siyasəti çərçivəsində Gənclər Fondunun yaradılması, gənclərin və gənclər təşkilatlarının bacarıq, təşəbbüs və yaradıcılıqlarının üzə çıxarılması, onların hökumət tərəfindən dəstəklənməsi, Gənclər üçün Prezident Mükafatının təsis olunması, ölkə gənclərinin beynəlxalq arenada təmsilçiliyinin yüksəlməsi, respublikanın əksər rayon və şəhərlərində gənclərin istifadəsinə verilən gənclər mərkəzlərinin və gənclər evlərinin tikilməsi səmərəli nəticələrin əldə olunmasını şərtləndirib”, - deyən M.Əfəndiyev onu da əlavə edib ki, ölkəmizdə geniş könüllülük hərəkatının təşəkkül tapması da məhz Prezident İlham Əliyevin adı ilə bağlıdır. 2009-cu ildə “Könüllülük fəaliyyəti haqqında” Qanunun qəbul edilməsinin ardından 2013-cü ildə ASAN Könüllüləri Təşkilatının yaranması bu istiqamətdə fəaliyyətin daha da genişlənməsinə yol açdı.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

